Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Nəcəfli Təhsil Nazirliyinə səsləndi: “Övladlarımız hərtərəfli şikəst olur!“

“Deməli, Təhsil Nazirliyi bundan sonra dərslərin necə davam etdirilməsi ilə bağlı sorğu keçirir. Bəziləri sorğu ilə bağlı paylaşılan məlumatın altında şərh yazaraq məktəblərin bağlanmasını istəyirlər. Mən başa düşə bilmirəm ki, məktəblərin bağlanmasını istəyənlər evdən bayıra çıxmır? Marketə getmir? Qohum-əqrəbasını ziyarət etmir? Kafeyə getmir? Avtobusdan istifadə etmir? Belə qorxursunuzsa ki, övladınız yoluxar o zaman ailəlikcə evdən-çölə çıxmayın! Oturun evdə və pandemiya bitəndə çıxarsanız gün işığına!”.

Bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib. O, məktəblərin bağlanmasının qəti şəkildə əleyhinə olduğunu bildirib:

“Sizə görə digərlərinin övladları niyə şikəst olmalıdır? Siz bilirsinizmi ki, 1 ay uşağınızın məktəbə getməməsi onu həm kütləşdirir, həm də hərtərəfli inkişafdan geri salır! Uşağınız yoluxsa, elə birinci sizin viruslu düşüncənizdən yoluxacaq! Bütün ölkələr artıq çoxdan ənənəvi təhsilə keçib. Bilirlər ki, indi uşaqlar oxumasa, sabah onların özləri üçün pis olacaq! Məktəbə buraxmayıb müəllim yanına, repetitor yanına uşaqları göndərirsiniz. O zaman göndərməyin ora da, çöldə, həyətdə, küçədə oynamağa da buraxmayın. Qapadın uşaqlarınızı evə qoyun asosial böyüsün. Belə xoşunuza gəlir ərizə yazın məktəbə qoymayın! Bunları etməyib hansı haqla digərlərinin haqqına girib məktəblərin bağlanmasını istəyirsiniz? Sizə görə digərlərinin övladları niyə əziyyət çəkməlidir ki? Qurtarın da bu sirki. Mütləq əvvəlki kimi ənənəvi təhsilə qayıtmalıyıq. Başqa cür ola bilməz! Nə hibrid, nə onlayn, nə distant! Ənənəvi təhsil! Övladlarımız hərtərəfli şikəst olur! Kim istəmir göndərməsin uşaqlarını məktəbə, vəssalam!”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar