Çərşənbə, 29 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Anar Ələkbərov Aslan İsmayılova zəng etdi...

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov tanınmış hüquqşünas Aslan İsmayılovun quruma müraciətinə reaksiya verib...

“Yeni Sabah” xəbər verir ki, Aslan İsmayılov Fondun məsul şəxslərinə müraciət edərək hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə maddi yardımı dayandırmamağı xahiş edib.

Bundan sonra Anar Ələkbərov Aslan İsmayılova zəng vurub və onunla bu məsələ barədə danışıb. Aslan İsmayılovun sözlərinə görə, Anar Ələkbərov bildirib ki, Oqtay Gülalıyev qəzaya uğrayandan sonra bu barədə ona məlumat verilib:

“Bu barədə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya məruzə ediləndən sonra 2 saat ərzində Anar Ələkbərovun öz iştirakı ilə Türkiyədə baş-beyin zədələnməsi sahəsində ən tanınmış həkimlərdən biri olan İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer Bakıya dəvət olunur və o, Oqtay Gülalıyevi müayinə edib səhhətinin çox ağır olduğunu deyib onun Türkiyədə İstanbul Avrasiya xəstəxanasına aparılmasını məsləhət bilir.

Oqtay Gülalıyev İstanbula aparılıb xəstəxanaya yerləşdirilir və lazım olan bütün tədbirlər görülür. Oqtay Gülalıyevin səhhətində əlavə problemlər yaranır.

Anar Ələkbərov şəxsən bir neçə dəfə Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə xanımla danışır, lazım olan hər tədbirin görüləcəyini deyir və lazım olanlar da edilir. Heç bir ehtiyac olmasa da məhz doğmalarının istəyinə görə Oqtay bəy Amerikan Xəstəxanasına köçürülür.

Fondun qəbul etdiyi qaydalara görə müalicənin hər 10 günü xəstəxanadan xəstənin durumu barədə arayışlar alınır və ehtiyac olduğu təqdirdə müalicə müddəti uzadılır. Bu qaydada Oqtay Gülalıyevin müalicə müddəti iki dəfə uzadılıb və ödəmələrlə bağlı heç bir problem olmayıb. Əgər xəstənin səhhətinin bərpa ediləcəyi üçün başqa bir xəstəxanaya köçürülməsinə ehtiyac olardısa bu da edilərdi, ona görə ki, İstanbul Amerikan xəstəxanasında olan xərclər digər ölkələrin (İsrail, yaxud Avropa ölkələri) xərclərindən fərqlənmir”.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay