Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Anar AYB-in binasındakı striptiz klub haqda: “Mənlik deyil, Çingizlikdir” - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən "Hot Room Club"da striptiz şou nümayiş etdirilir

Azərbaycan Yazıçılar Birliyininin sədri Anar Rzayev məsələdən xəbərdar olmadığını və bu işlə bağlı AYB-nin katibi, yazıçı Çingiz Abdullayevlə əlaqə saxlamağı tövsiyyə edib. O, qeyd edib ki, sözügedən obyekti Çingiz Abdullayev icarəyə verib.

PİA.AZ xəbər verir ki, Çingiz Abdullayev isə Unikal.org-a açıqlamasında faktı dolayı yolla təsdiqləyib:

“Mən bilirəm orada oynayanlar var. Amma obyektdə striptiz şounun nümayiş etdirilməsindən xəbərsizəm. Əgər həqiqətən də belə bir fakt olarsa, biz icarə müqaviləsinə xitam verəcəyik. Baxmayaraq ki, müqavilənin bitməsinə 4 ay vaxt qalıb”.

Qeyd edək ki, bu klubun sahibi Roşka Roş adlı reperdir. "Hot Room Club"da açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualar göstərirlər.
Xatırladaq ki, bundan əvvəl burada “26” - “Twenty six” adlı kafe başqa adla gecə klubu fəaliyyət göstərirdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.

pia.az

Etiket:

Şərh yazın.

loading...