Bazar ertəsi, 16 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ananın diri-diri basdırdığı uşağı it tapıb xilas etdi

Hadisə Taylandın şimalındakı Ban Nong Xam kəndində baş verib

Məlumata görə 15 yaşlı ana hamiləliyi və daha sonra dünyaya uşaq gətirdiyini valideynlərindən gizlətmək istəyirmiş.

Ping Pong adlı it yeri qazımağa başlayandan sonra onun sahibi üzə çıxan uşaq ayağını görüb.

Körpə xəstəxanaya yerləşdirilib və həkimlər onun sağlamlığına təhlükə olmadığını deyirlər.

İtin sahibi Usi Nisaikha deyir ki, Ping Pong-u maşın vurandan sonra o, ayağını çəkməyə başlayıb.

Uşağın anası təhlükədə qoyma və qətlə yetirmək cəhdi ilə bağlı maddələr üzrə məsuliyyətə cəlb olunub.

Polisə istinad edən yerli qəzetin xəbərinə əsasən, qadın əməlinə görə "peşmandır". O, hazırda psixoloq nəzarəti altındadır.

Yeni dünyaya gələn körpəyə gənc ananın valideynləri baxır.(Milli.az)

pia.az

 

Etiket: ana körpə

Şərh yazın.

loading...