Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ANAMA bəzi rayonlarımızda tapılan raket və mərmi qalıqları ilə bağlı məlumat yaydı 

2020-ci il 30 Sentyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, GoranboyTərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 17 (on yeddi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olub (cəmi: 18 çağırış).

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 18 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun Üçoğlan və Sarıcalı kəndləri, Ağcabədi rayonunun Ağgöl, Minəxorlu, Arazbar və Köyük kəndləri, Füzuli rayonunun Bala Bəhmənli, Goranboy rayonunun Meşəli və Yenikənd kəndləri, Tərtər rayonunun N.Nərimanov küçəsi və Pambıqçılıq zavodunun ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirmişdir. 

 Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 7 ədəd raket və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Ümumilikdə Agentlik tərəfindən 27-30 sentyabr tarixlərində 54 siqnal (əməliyyat çağırışı) əsasında 52 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, TərtərHacıqabul rayonları ərazisində ev və həyətyanı sahəyə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilmiş, 1 ədəd aviabomba (OFAB-100), 13 ədəd raket, 1 ədəd raketinin arxa hissəsi (dolu) və 2 ədəd döyüş başlığı, 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd kamikadze dron (partladıcısı yerində zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxeması və 12 ədəd partlamış raket hissələri aşkar olunub.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Putin Təhlükəsizlik Şurasının iclasını topladı

Daha 9 kənd işğaldan azad edildi - Prezidentdən "tvit"

“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

Azərbaycan Ordusunun məhv etdiyi P-18 nədir? - Detallar

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

Azərbaycanın axtardığı məşhur təxribatçı yenə Qarabağa gəldi

loading...

Ən çox oxunanalar