Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ana: "Oğlum şəhid olan gün qolumdakı saat qəfil dayandı"

Xətai rayonunda Vətən müharibəsi şəhidi Fuad Məmmədoun anım günü qeyd olunub.

Mərasim Polad Həşimov küçəsində yerləşən Şəhidlərin xatirə parkında təşkil olunub.

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Hərbi Orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Mərasimdə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlər dərin ehtiramla yad edilib.

Sonra Dədə Qorqud Şəhidliyində şəhidin məzarı ziyarət edilib.

Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıb.

Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yağı düşmən üzərində qazandığı Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.

Bildirilib ki, şəhidlərimizin əziz xatirəsinə sonsuz hörmət və ehtiram hər birimizin vətəndaşlıq borcumuz, həyat amalımızdır.

Daha sonra tədbirdə şəhidin ailə üzvləri çıxış edərək xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində məktəblilərin ifasında şəhidin atası Valeriy Tuşşinin şeirləri səsləndirilib.

Şəhidin anası Mətanət Məmmədova bildirib ki, oğlu şəhid olan gün qolundakı saat qəfil dayanıb: “Hazırda isə oğlumun saatını taxıram, bu saat oğlum şəhid olan zaman qolunda olub. Bu saat qan içində olub. Bu, ona komandiri tərəfindən ad günündə hədiyyə edilib və hələ də işləyir. Öz saatım isə Fuad şəhid olan gün qəfil dayandı".

Qeyd edək ki, Fuad Valeryeviç Məmmədov 1998-ci ilin avqustun 1-də Bakı şəhərində hərbçi ailəsində anadan olub.

2004-cü ildə paytaxtda 221 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. 2015-ci ildə orta məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademiyasına daxil olub. 2020-ci ildə "Helikopter pilotu" ixtisası üzrə təhsilini tamamlayıb. Həmin ilin may ayında hərbi xidmətə yollanıb.

O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

2020-ci ilin oktyabrın 21-də işğal olunmuş ərazilərin azad edilməsi üçün mübarizə apararkən cəbhənin Xocavənd istiqamətindəki döyüşdə şəhid olub.

O, Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" , Cəbrayılın azad olunmasına görə" , Füzulinin azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar