Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikanın yoxluqdan gəlib yoxluğa qərq olan göz yaşları

Müəllif: YevgeniyBay 
Haqqin.az saytının yazarı

 O günü dünənki kimi xatırlayıram. 2001-ci ilin 11 sentyabr səhəri mənə redaksiyadan zəng oldu. “Hələ yatırsan? -  redaktor narazı səslə qışqırdı. - Dərhal televizoru yandır,  lənət şeytana, oralarda nə baş verir?”.

 Ekranda isə terrorçuların qaçırdıqları birinci təyyarənin Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin qüllələrindən birinə necə çaxıldığının təkrarını göstərirdilər.  Saatlar baş verənlərin vaxtını qeyd etmişdi - 8.46. Siferblatda 9.02-dir və mən başqa bir təyyarənin ikinci qülləyə necə sancıldığını görürəm.  Tüklərim biz-biz olur. Həqiqətən, nələr baş verir?

Alovlanan göydələnlərin kadrlarını milyardlarla adam gördü.  Ancaq bunun necə baş verdiyini az adam birbaşa efirdə izlədi.

Sükan arxasına keçib 30 kilometr aralıdakı Vaşinqtona gedirəm. Ancaq yolda, Kolumbiya dairəsinin girişində daha bir partlayış eşidirəm. Üçüncü təyyarə Pentaqonun binasına dəyir və oradan qatı tüstü qalxır.  Səhər saat 9.37-dur.

Su sözün əsl mənasında insan yaddaşını 20 il əvvəl yaşanmış dəhşətlərdən yuyub təmizləyir...

 O vaxt Buş qəhrəman oldu.  İndi bu, fərqli görünür.

 Ölkədə vahimə başlayır.  Heç kəs heç nəyi izah edə bilmir.  Həmin gün Floridada olan prezident Corc Buş ortada görünmür. Onun “vitse”si Dik Çeyni bunkerdə gizlənir.  Amerikada dəhşətli şayiələr dolaşır:  onlarla təyyarə ələ keçirilib, hamısı da Ağ evə, Kapitoliyə və Amerika demokratiyasının digər müqəddəs yerlərinə doğru uçur, Dövlət Departamentində partlayış, Vaşinqtondakı ticarət mərkəzində yanğın baş verib.  Şayiələrdən yalnız biri təsdiqlənir - terrorçuların ələ keçirdiyi dördüncü təyyarə həqiqətən də Kapitoliyə uçurdu, ancaq mobil telefonları olan, Nyu-York və Vaşinqtonda baş verənlərdən artıq xəbərdar sərnişinlər terrorçularla çarpışırlar, təyyarə Pensilvaniya ştatında yerə düşür.

Dəhşətli rəqəmləri xatırlayıram. Nyu-Yorkda 2606 insan həlak olub (19 terrorçu hesaba alınmır). Pentaqonda qurbanların sayı 125 nəfərdir.  Ölənlər 91 ölkənin vətəndaşlarıdır.

Əgər Müdafiə Nazirliyinin beşbucaqlı binasını nisbətən tez təmir edərək bütün işləri kənar gözlərdən gizlətdilərsə, Nyu-Yorkdakı” ground zero” (onu uzun müddət bu cür adlandırdılar) sanki hamının nəzərlərində yadplaetlilərin hücumundan bəhs edən dəhşət filminin rəsmi idi. Mən orada faciədən bir ay sonra oldum, təəssürat qorxuncdu - qazılmış çaladan əyilmiş binaların eybəcər skeletləri görünürdü, torpağın hər yerindən qeyzerlərin üzərindəki kimi ağ tüstü süzülüb qalxırdı.

Buş ekranlarda yalnız sentyabrın 20-də peyda oldu -  Konqresin palatalarının birgə sessiyasında çıxış edirdi.  Sayılı günlər içində onun reytinqi 86 faizə yüksəldi - bu, Amerika tarixi üçün görünməmiş rəqəm idi və sui-qəsd nəzəriyyəsinin pərəstişkarlarının şübhələrini daha da artırdı ki, prezident nələrin baş verəcəyindən əvvəlcədən xəbərdar olub və terrorçuların qarşısını qəsdən almayıb.  2000-ci il seçkilərində Albert Qor üzərində şübhəli qələbə qazanmış və Floridada səs üstünlüyünə ştatın qubernatoru olan qardaşı Cebin köməyi ilə nail olmuş Buş bir an içində fövqəlnüfuz sahibinə çevrildi.

Buş xalqa ilk müraciətindən sonra millət qəhrəmanına çevrildi

Sonralar millətin qəhrəman prezidentə də, 9/11-ə də münasibəti dəyişməyə başladı.  10 il əvvəl amerikalıların 55 faizi o faciənin millətin böyük birliyinə səbəb olduğunu hesab edirdi.  İndi, faciənin 20-ci ilində bu cür düşünənlərin sayı cəmisi 46 faizdir. Əksəriyyət əmindir ki, həmin günün hadisələri Amerikanı pisliyə doğru dəyişdi.

Baydeni isə Əfqanıstan batırır

Amerikalı hərbçilərin və onlarla əməkdaşlıq etmiş əfqanların Kabildən tamamilə xaotik şəkildə çıxarılması prezident Bayden üçün ilk ciddi sınaq oldu.  Və o, həmin sınaqdan çıxa bilmədi.  Ancaq hazırda onu əfqan hadisələri ilə bağlı daha bir sınaq gözləyir -  ABŞ-a gələn minlərlə Əfqanıstan vətəndaşı ilə necə davranmalı.

Amerikalılar oradan 125 min adam daşıyıb. Onların 50 mini ABŞ torpağında qalmalıdır, ancaq ölkə rəhbərliyində heç kəs gələnlərin arasında terrorçuların olmadığından əmin deyil. Onlar kimdir?  Bu suala Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkas da cavab verə bilmir. “Bizimlə orada çalışmış adamların sayını söyləyə bilmərəm”, - Mayorkas sonuncu mətbuat konfransında deyir.

Heç kim ABŞ-la əməkdaşlıq etmiş əfqanların sayını dəqiq bilmir

“Washington Post” yazır ki, “gələnlərin çoxu minimal identifikasiya keçib və görünür, ABŞ-la heç vaxt əməkdaşlıq etməyib.  Mustafa adlı əfqan tərcüməçinin sözlərinə görə, onunla bərabər təyyarəyə əyləşənlərin hamısı “sadəcə təxliyyə sarıdan bəxti gətirən adi adamlardır”.

Amerika hökuməti artıq iki “naməlum uçan adam”ı Kosovaya göndərib və ehtimal ki, bu rəqəm dəfələrlə artacaq.  Bəzi senatorlar artıq əfqanların qəbulunun əleyhinə çıxır. “Bütün bu adamların bizim təhlükəsizliyimiz üçün qorxulu olan terrorçular yox, günahsız quzular olduğunu deyə bilməzsiniz”, -  Montana ştatından olan senator Mettyu Rozendeyl  deyir. O, ştatın qubernatorunu əfqanların heç birini qəbul etməməyə inandırmağa çalışır.

Beləliklə, cənub qitəsindən gələn minlərlə qeyri-leqal qaçqının Meksika ilə sərhəddə yaratdığı böhrandan əlavə, prezident Baydenin daha bir baş ağrısı var. Təəccüblü deyil ki, onun reytinqi rekord aşağı həddə enib - 46 faiz.  Əgər birinci Əfqanıstan Buş üçün əla tramplin olmuşdusa, Əfqanıstan 2.0 Baydeni batırır.

Bayden Əfqanıstanı uduzdu. İndi isə Amerikanı uduzur...

Və prezident üçün bundan pis nə ola bilər - onu hətta ən sadiq keçmiş tərəfdarları da tərk etməyə başlayır. “Bizim başqa uğursuz prezidentimiz var” – “New York Times” qəzeti bu başlıqla köşə  yazısı dərc edir, halbuki əvvəllər Baydenin arxasında dururdu və demokratların ünvanına tənqidi ox atan əməkdaşlarını ostrakizmə məruz qoyurdu (hətta işdən kənarlaşdırırdı). “Bu 11 sentyabrda təhqir olunmuş prezident təhqir olunmuş millətə rəhbərlik edir”, - qəzet yazır.

Daha sonra: “Biz cihadçıların Amerika üzərində 2001-ci ildəki birinci qələbəsini onlara 2021-ci ildə Amerika üzərində ikinci qələbə hədiyyə etməklə qeyd edirik “.

Köşə yazarı Bret Stivens hesab edir ki, Nyu-Yorkdakı keçmiş Ümumdünya ticarət mərkəzinin yerində ucaldılmış abidə müasir Amerikanın boşluğunun mənzərəsini çox yaxşı simvolizə edir. Abidə isə iki fontan kompleksindən ibarətdir, su onlardan birinə tökülür və şırnaqla digərindəki görünməz oyuğa axır.Düzünü desəm, abidə kompleksi ideyası mənim xoşuma gəlir. Bu su sanki bəşəriyyətin yaddaşını 20 il əvvəl baş vermiş dəhşətdən təmizləyir.  Ancaq yaxşısını amerikalı köşə yazarı bilər.

Bayden öz partiyası üçün toksik olur

Amerikalı siyasi strateqlərin fikrincə, Baydenin reytinqi möcüzə nəticəsində 53 faizə qədər yüksəlsə, demokratlar Konqresdəki lider mövqelərini saxlayacaq, ancaq 46 faiz səviyyəsində qalsa, demokratlar seçkiləri uduzacaq.

Hazırda Nümayəndələr palatasında 220 demokrat və 212 respublikaçı var. “Demokratların palatada çoxluğu saxlayacaqlarının perspektivi mikroskopikdir”, - Konqresin qəzeti “The Hill” yazır.

Həqiqətən, ABŞ-ın müharibədən sonrakı tarixində yalnız oğulBuş 9/11-dən sonrakı dəstək dalğasında  2002-ci ildə Kapitolidə respublikaçı çoxluğu saxlamağa nail olub, bütün digər prezidentlər özlərinin birinci mandatından sonra partiyaları üçün bu üstünlüyü itiriblər. Və artıq ekspertlər hesablayır ki, demokratlar növbəti ildə Nümayəndələr palatasında 30 yerdən 50 yerə qədər itirəcək və Senatda üstünlüyü əldən verəcək.

Taliblər öz hökumətlərinin inauqurasiyasını sentyabrın 11-nə təyin ediblər. Əlavə şərhə ehtiyac var?

Bunun 2024-cü ildə keçiriləcək prezident seçkilərinə necə təsir edəcəyi barədə isə Baydenin tərəfdarları düşünməyə belə qorxurlar.  Cəmisi yarım il əvvəl ayaqları üzərində möhkəm dayanan Bayden öz partiyası üçün toksik olmaqdadır.  Vaxtilə Trampı əldən salmış pandemiyanın yenidən baş qaldırması onunla pis zarafat oynayır, Əfqanıstandakı çox böyük təhqir də millət tərəfindən asanlıqla bağışlanmayacaq.

Kim bilir, bəlkə də 3 il sonra üfüqdə yenidən əvəz çıxmaq ideyasından əl çəkməmiş ədəbaz Trampın fiquru görünəcək.  Bax bu, göz yaşları olacaq. “Ground zero”-nun yerində olan fontandakı su kimi - yoxluqdan gələn və yoxluğa qərq olan.

P.S. Taliblər özlərinin nazirlər kabinetinin inauqurasiyasını sentyabrın 11-ə təyin ediblər. Əlavə şərhə ehtiyac varmı?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar