Çərşənbə, 21 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Amerikalı politoloq: “Rusiya Ukraynaya yox, Estoniyaya hücum edə bilər”

Amerikalı politoloq, professor Aleksandr Con Motıl Estoniyanın “Postimees” qəzetinə müsahibə verib. Qreqorio Qarsiya Maestronun götürdüyü müsahibədə professor ABŞ-Rusiya münasibətlərinə dair sualları cavablandırıb.

1953-cü ildə Nyu-Yorkda ukraynalı mühacirlərin ailəsində doğulan Aleksandr Con Motıl SSRİRusiya, eləcə də Ukrayna üzrə ekspert kimi tanınır. 10-a yaxın kitabın müəllifidir, tez-tez elmi jurnallarda, qəzetlərdə, siyasi nəşrlərdə məqalələrlə çıxış edir, ABŞ-ın Rutgers-Nyuark Universitetində politologiyadan dərs deyir.

Novator.az saytı professorun “Postimees”ə müsahibəsini ruscadan çevirərək təqdim edir.

Cozef Baydenin Vladimir Putinə qarşı belə aqressiv münasibəti, onu qatil adlandırması haradan qaynaqlanır? Bunun Baydenin sələfi ilə bağlılığı varmı?

Donald Trampdan fərqli olaraq Cozef Baydenin administrasiyası Vladimir Putinə həmişə tənqidi yanaşıb. Aleksey Navalnının zəhərlənməsi bütün Qərb siyasətçilərini silkələdi. Halbuki onlar əvvəllər Putini yaxşı insan hesab edirdilər, hətta onunla normal dialoq apara biləcəklərinə inanırdılar. Yeri gəlmişkən xatırladım ki, qatil ifadəsini öncə jurnalist işlətdi. O, Baydendən Putini qatil hesab edib-etmədiyini soruşdu. Ola bilsin, bu sualdan diplomatik tərzdə yayınmaq da olardı, amma heç vaxt öz tendesiyasından geri çəkilməyən Bayden məhz buna görə suala birbaşa, açıq cavab verməli oldu. Mövcud vəziyyət elə bunu tələb edirdi.

– Bayden dövründə ABŞ-Rusiya münasibətləri hansı yöndə inkişaf edə bilər?

ABŞ-la Rusiya arasında münasibətlər çox bərbad vəziyyətdədir. Bu əlaqələrin daha da pisləşəcəyini təsəvvür etmək isə çətindir. Düşünürəm ki, tərəflər hərbi qarşıdurmaya səbəb ola biləcək addımlar atmaqdan çəkinəcəklər. Güman edirəm k, ABŞ da, Rusiya da hərbi öhdəliklərinə əməl edəcək. Ancaq bununla belə mən Putinin təxribatlara gedəcəyini də istisna etmirəm. Putin göstərmək istəyir ki, oyunu yalnız özü idarə edir. Bax, bunu Qərbə göstərmək üçün o, bütün üsullara əl ata bilər.

– Təxribat deyəndə nəyi nəzərdə tutursunuz?

– Qısamüddətli və kiçik miqyaslı müharibə hər zaman diktator taktikalarına daxil olan üsul sayılıb. Ukraynaya birbaşa hərbi müdaxilə çox riskli ola bilər, ancaq kiçik Estoniyaya hücum versiyası daha asan görünür. Onsuz da Rusiyadakılar uzun zamandır Estoniyada yaşayan rusların sıxışdırıldığını iddia edirlər. Rusiya belə gedişlə həm də NATO-nun “kağız pələng”ə bənzədiyini sübut etməyə çalışacaq.

NATO Estoniyaya hücuma necə reaksiya verə bilər?

NATO ölkələrinin bağladığı müqavilənin 5-ci maddəsində alyansın hərbi münaqişədə mütləq şəkildə iştirakına dair öhdəliyi göstərilməyib. Sənəddə deyilir ki, hər ölkə aqressiyaya qarşı cavab tədbirinə özü qərar verməlidir. Bu isə o deməkdir ki, almanlar diplomatiyanı tələb edəcək, fransızlar iclas keçirəcək və sair.

– Bayaq dediniz ki, Estoniyanın kiçik ölkə olması Rusiya üçün cəlbedici ola bilər. Bəs Putini Estoniyada bundan savayı daha nə cəlb edə bilər?

– Estoniya əhalisinin dörddə bir hissəsini ruslar və rusdillilər təşkil edir. Putin isə açıq-aşkar anladır ki, o, bütün rusdilli insanların, yəni rus dünyasının müdafiəçisi olacaq. İstər Krım olsun, istərsə də Donbas və yaxud da Baltıkyanı dövlətlər, fərq etməz… Onu da nəzərinizə çatdırım ki, milli azlıqların siyasi hüquqları barədə söz-söhbətlər hələ 1991-ci ildə Moskva ilə Tallin arasında baş vermiş münaqişənin əsas səbəbi olmuşdu.

ABŞ-ın sanksiyaları Rusiya iqtisadiyyatına nə dərəcədə ziyan vura bilir?

– Sanksiyalar artıq Rusiya iqtisadiyyatına təsirini göstərib və bundan sonra da göstərəcək. “Şimal axını” layihəsinin dayandırılması ən böyük zərbə ola bilərdi, ola bilsin, bu da baş verər. Qərbin ata biləcəyi ən təsirli addım isə biznes qurulması metodlarının dəyişdirilməsi olardı. Rusiyadan xarici banklara axıdılan qanunsuz pul köçürmələrinin, əmlaka yatırılan investisiyaların qarşısı mütləq alınmalıdır.

– Rus xalqı Putinə necə dəyər verir?

– Putinin populyarlığı azalıb, daha ona münasibət əvvəlki kimi deyil. Ancaq insanların bir qismi üçün Putin hələ də populyar liderdir. Əsas məsələ odur ki, Putin MoskvaSankt-Peterburq kimi şəhərlərin sakinləri arasında öz legitimliyini çoxdan itirib. Onu gənclər də sevmir. Böyük şəhərlərin və gənc nəslin etirazları liderlərə daha çox təsir edir, nəinki əyalətlərin və yaşlı insanların etirazları.

– Putin söyləmişdi ki, Rusiya yeni qlobal təhlükəsizlik sistemi yaratmaq niyyətindədir. Bu, Rusiyanın beynəlxalq arenada öz təsirini və gücünü itirirməsi anlamına gəlirmi?

– Putin sadəcə öz istəklərini dilə gətirir. O çalışır ki, Rusiya dünyaya təsir göstərəcək yeganə dövlət olsun. Halbuki həmin ölkələr elə ABŞ-la Çin olacaq. Avropa Birliyi iqtisadi, Rusiya isə hərbi güc olaraq qalacaq. Ancaq onların heç biri nəhəng gücə çevrilə bilməyəcək. Təəssüf ki, Rusiyanın Belçika iqtisadiyyatına bərabər olan iqtisadiyyatı Putinin arzularının çin çıxmasına imkan vermir. Ona görə də Rusiya o zirvəyə çata bilməyəcək. Bununla belə mövcud durum Putinə Rusiyanın böyük güc olmasını nümayiş etdirməyə mane olmur.

– Qərbin sanksiyaları fonunda Çinlə Rusiyanın münasibətlərində istiləşmə ehtimalı nə qədərdir? Ümumiyyətlə, tarixən bu iki dövlət arasında münasibətlər necə olub?

- Sovet İttifaqından fərqli olaraq çar Rusiyası Çinlə yaxın əlaqələr qurmamışdı. Onların əlaqələri Mao Tszedun Nikita Xruşşovdan üz döndərənədək davam etdi. 1960-cı illərdə Ussuri çayı üzərində baş verən kiçik müharibə isə iki ölkə arasında münasibətləri tamamilə korladı. İndi Putin problemlər içində ilişib qalıb. Bir tərəfdən Çin Qərbə müqavimət göstərən təbii bir tərəfdaşdır. Digər tərəfdən Çin hər cəhətdən elə qüdrətli dövlətdir ki, çox yaxın tərəfdaşlıq Rusiyanı onun müstəmləkəsinə çevirə bilər. Bundan başqa, Çin həm də Mərkəzi Asiya ölkələri, Ukrayna və Şərqi Avropa ilə güclü iqtisadi əlaqələrə malikdir. Bu isə Rusiyanın hegemon dövlətə çevirilmək cəhdinə mane olur.

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur?..

Vilayət Eyvazov deputatın oğluna yeni vəzifə verdi

Ramiz Mehdiyevin işdən çıxardığı əməkdaş başqa vəzifəyə təyin olundu

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - Foto

Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətə çevrilə bilərmi? - Müsahibə

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

"Kurtlar vadisi"nin "Güllü"sü Hərbi Qənimətlər Parkında - Foto

İlham Əliyev pambıq tarlasında səpin prosesini izlədi - Yenilənib, Fotolar

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir

Mehdiyev Ziya Məmmədovun qardaşını işdən çıxarıb? – Açıqlama

Ən çox oxunanalar