Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika toyuqlarının yaşıl yumurtaları Azərbaycanda satılır, biri 5 manata

Məhsula Azərbaycanda böyük tələbat var...

Türkiyənin Zonquldağ bölgəsində yaşayan 59 yaşlı təqaüdçü İsmət Koç həyat yoldaşı Aişə Koçla birgə yumurtası yaşıl olan “Ameraukana” cinsli toyuq təsərrüfatı yaradıb. 6 il əvvəl bir dostu tərəfindən ABŞ-dan gətirilən 8 ədəd yaşıl yumurtadan bu biznesə başlayan fermer deyir ki, təsərrüfatlarında istehsal olunan məhsula nəinki Türkiyədə, Azərbaycanda da böyük tələbat var.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Metal Zavodundan təqaüdə çıxan İsmət Koç fermasında istehsal etdiyi yumurtaların hər birini 10 lirəyə satır. Fermerin sözlərinə görə, Türkiyənin müxtəlif bölgələrindən və Azərbaycandan çoxlu sifariş alır. Toyuq təsərrüfatındakı 150 toyuqdan 50 yaşıl yumurta alan Koç ailəsi qazandıqları pulla Aişə Koçun sosial sığorta haqqını ödəyib və o, yaxın vaxtlarda təqaüdə çıxacaq.

Bu işə hobbi kimi başladığını deyən fermer bildirir ki, artıq toyuq təsərrüfatı onun üçün dolanışıq yeridir: “Türkiyədə bu təsərrüfatı ilk quranlardan biriyəm. Bütün əyalətlərə yumurta göndərmişəm. Azərbaycanda da yaşıl yumurtaya böyük tələbat var. Hətta o qədər çoxdur ki, mən bunu qarşılaya bilmirəm. Gəncləri bu peşəyə cəlb etməyə çalışıram. Onlar məhsulun satılmamasından narahatdırlar. Mən onların qorxmamalarını və bu işi görmələrini istəyirəm. Yetər ki, istehsala başlasınlar”, - İ. Koç deyib.

Yaşıl yumurtanın bir çox xəstəliklərə dərman olduğunu dilə gətirən İsmət Koç bu toyuqların gəzməsi və sağlam qidalanmasının vacibliyini deyib: “Digər toyuqlar qapalı yerdə saxlanılır, yalnız yeyirlər və yumurta verirlər. Bu heyvanlar isə xoşbəxtdirlər. Çünki, onlar gəzirlər, əylənirlər. İnsanlar hər gün bu yumurtadan bir dənə yeməlidirlər. Bu yumurta insanları xoşbəxt edir. Prezidentimizə də səsinin batmaması üçün bu yumurtalardan göndərdik. Yumurtanın tərkibində xolesterin yoxdur”.

Lakin qısa araşdırma apardıq və məlum oldu ki, Türkiyədən idxalla yanaşı, Azərbaycanda da fərdi təsərrüfatlarda yaşıl və mavi yumurtalar istehsal edilir. Daha çox yerli elan saytları vasitəsilə satılan bu yumurtanın bir ədədinin qiyməti 2-5 manat arasında dəyişir.

Online ticarətlə məşğul olan yumurta tacirlərindən biri ilə əlaqə saxladıq. Sahibkarın virtualaz.org-a bildirdiyinə görə, “Ameraukana” cinsli toyuq təsərrüfatını Hacıqabulda yaradıb. Buradan həm Bakıya, həm də bölgələrə sifariş qəbul olunur: “Bakının iri supermarketlərinin bir neçəsində məhsullarımızı satışa çıxarmışıq. Bizdə qiymət aşağıdır, bir ədədi 2 manat. Marketlərdə isə bir qədər də aşağıdır, 10 ədədi 12 manata təklif olunur. Alıcılarımız var, istənilən miqdarda sifariş götürə bilərik”, - sahibkar deyir.

Qeyd edək ki, dünyada son dövrlər məşhurlaşmağa başlayan yaşıl yumurta ilə bağlı mütəxəssis rəyləri heç də birmənalı deyil. Bəziləri hesab edirlər ki, bu yumurta hamilə qadınlar və uşaqlar üçün daha faydalıdır, vitamin və mineral tərkibi baxımından zəngindir. Bu səbəbdən də bəyaz yumurta ilə müqayisədə yaşıl yumurtanın qiyməti xeyli bahadır.

Lakin yaşıl yumurtanın digərlərindən sadəcə rənginə görə fərqləndiyini düşünənlər də var. Bu qisim ekspertlər hesab edirlər ki, yaşıl və mavi yumurta Şimali Amerika kökənli toyuq irqinin məhsulu olduğuna görə fərqli rəngdədir, tərkibi isə bəyaz yumurtadan fərqlənmir.

pia.az

 

Fotolar




Etiket: yaşıl yumurta

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar