Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AMEA qadın krallığıdır, kimin evdə bekar qadını varsa, gətirib şöbə müdiri qoyur” - Alim

"Yaradılmasından 3 il keçməsinə baxmayaraq Yüksək Texnologiyalar Parkında da işlər müasir tələblər səviyyəsində qurulmayıb. Onlar rusların bir sözü var - "pakazuxa"lıqla məşğul olublar"...

Bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O təəssüflə bildirib ki, akademiya mühüm dövlət proqramlarının icrası istiqamətində lazımi səviyyədə iştirak etmir.

AMEA-da vəziyyətlə bağlı Bizimyol.info-ya danışan adının çəkilməsini istəməyən alimlərdən biri deyib ki, maddi problem və sıxıntılar çəkməkdən elmi fəaliyyəti barədə düşünə bilmir.

“Alimə 300-400 manat maaş verirlər. Məcburam əlavə işlərə də baş vuram, yoxsa ailəm çətin vəziyyətdə qalır. AMEA bir bataqlıqdır. Mən 20 ildir burdayam, kimin adamı varsa vəzifəyə onu qoyurlar. Bura qadın krallığıdır. Hansı vəzifəli şəxsin evdə bekar qadın qohumu, gəlini, qızı var, gətirib burada şöbə müdürü qoyur. Bütün gün çay içib qeybət qırırlar. Bizim riyaziyyat alimlərimiz tənlik həll edə bilmirlər. Bunu başqa xarici akademiyaların nümayəndələri də deyirlər. Onlara görə biz qızarırıq. Akademik Gövhər Baxşəliyevanın yanına elmi məsələ üçün gedirik. Deyir mən deputatam mənim elmi məsələyə vaxtım yoxdur. Səsini də çıxarsan səni boğarlar. Heç bir layihəni işləməyimizə icazə vermirlər”.

Qeyd edək ki, akademik, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva növbəti-5-ci dəfə seçkilərə qatılıb.

Xanım millət vəkili namizədliyini yenə 93 saylı Bərdə şəhər dairəsindən irəli sürüb. G. Baxşəliyeva son 4 çağırışda Bərdəni parlamentdə təmsil edən iki millət vəkilindən biri olub.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar