Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA-nın müxbir üzvü vəfat edib

Azərbaycanın görkəmli kimyaçı alimi, AMEA-nın müxbir üzvü Tofiq Alxazov 88 yaşında vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətindən verilən məlumata görə, Tofiq Həsən oğlu Alxazov 1932-ci il sentyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu “mühəndis texnoloq” ixtisası üzrə bitirmiş, 1960-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1969-cu ildə kimya elmləri doktoru elmi dərəcələrini, 1971-ci ildə professor elmi adını almışdır. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib.

Alim 1961-1962-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Elmi-tədqiqat işləri şöbəsində Kimya sektorunun rəhbəri, 1962-1970-ci illərdə Fiziki kimya kafedrasının dosenti, 1970-1998-ci illərdə həmin kafedranın müdiri, 1970-1978-ci illərdə isə ADNA-da elmi işlər üzrə prorektor vəzifələrində çalışıb.

T.Alxazovun elmi tədqiqatlarının əsas istiqaməti oksidləşdirici heterogen katalizi sahəsi olub. Onun rəhbərliyi ilə ilk dəfə keçmiş SSRİ məkanında tərkibində molibden saxlayan oksid katalizatorlarından istifadə edilərək, bir sıra qiymətli üzvi maddələrin alınmasının üsulları işlənib hazırlanmış və sənaye miqyasında tətbiq edilib.

Kimyaçı alimin rəhbərliyi ilə yaradılan Ekoloji kataliz problem laboratoriyasında təbii qazın və sənaye qazlarının kükürd tərkibli birləşmələrdən təmizlənməsi, zərərsizləşdirilməsi və elementar kükürdün alınması, daxili yanma karbüratoru və dizel mühərriklərinin tullantı qazlarının toksik birləşmələrdən təmizlənməsi, hidrogensulfidin havanın oksigeninin iştirakı ilə bir mərhələdə sulfat turşusuna oksidləşməsi, sənaye tullantı qazlarının tərkibində karbohidrogen qalıqlarının və dəm qazının tam oksidləşməsi prosesləri işlənib hazırlanıb. Onun rəhbərliyi ilə aparılan elmi tədqiqatların nəticələri respublikanın Yeni Bakı Neftayırma və Sumqayıt Sintetik Kauçuk zavodlarında, həmçinin Rusiyanın Nijni Novqorod, Almetyevskiy, Redkino və Saratov şəhərlərinin zavodlarında sənaye qurğularında həyata keçirilib.

AMEA-nın müxbir üzvü T.Alxazov 400-dən artıq elmi əsərin, o cümlədən 131 müəlliflik şəhadətnaməsi və 4 monoqrafiyanın müəllifi olubr. Onun rəhbərliyi ilə 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanıb. Elmdə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuş, apardığı elmi işlərin nəticələri Ümumittifaq Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin qızıl, gümüş və bürünc medallarına layiq görülüb.

Uzun müddət ABŞ-ın Kaliforniya ştatında yerləşən Parsons şirkətində elmi məsləhətçi kimi fəaliyyət göstərən alim Azərbaycan elmini ölkəmizin hüdudlarından kənarda layiqincə təmsil edib. O, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konqres, simpozium, konfrans və yığıncaqlarda iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar