Şənbə, 23 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

AMEA Mərkəzi Elmi Kitabxanasında böyük korrupsiya? — Sabiq direktor prezidentə müraciət etdi

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) sabiq direktoru Sevil Zülfüqarova Rəyasət Heyətinin 20 noyabr 2020-ci il qərarı ilə işdən çıxarılmasından sonra Prezident İlham Əliyevə müraciət ünvanlayıb. S.Zülfüqarova müraciətində direktor vəzifəsinə təyinatından sonrakı 8 aylıq müddətdə çox ciddi islahatlar keçirdiyini vurğulayıb. O, uğurlu fəaliyyətinə rəğmən kitabxananın əvvəlki rəhbərliyindən qalma, onun tərəfindən aşkara çıxarılan neqativ, hətta cinayət əməllərinin AMEA-nın Rəyasət Heyətində kimlərisə ciddi narahat etməyə başladığını vurğulayıb.
 
Nöqsanları açıq şəkildə bildirdiyinə, təqsirkar şəxslərin cəzalandrılmasını tələb etdiyinə görə S.Zülfüqarovanı nəinki dinləmək istəməyiblər, hətta Rəyasət Heyətinin iclaslarına da çağırmayıblar. Müraciət bu sözlərlə bitir: “Bu həftənin əvvəlində isə COVİD-19-a yoluxduğumu, evdən çıxmağıma qadağan qoyulduğunu bildirsəm də, mənim işə gəlməyimi zorla təkid edərək işdən çıxarılacağımla hədələyiblər. Bu isə həm Sizin tapşırıq və tələblərinizə, həm də mövcud əmək qanunvericiliyimizə ziddir. Möhtərəm Prezident, pozulmuş hüquqlarımın qorunmasında mənə köməklik göstərməyinizi xahiş edirəm”.
 
Bununla yanaşı Sevil Zülfüqarova 2020-ci ilin mart-noyabr aylarında, yəni MEK-ə rəhbərlik etdiyi dövrdə görülən işlərlə bağlı hesabatını da mediaya göndərib. S.Zülfüqarova ona qarşı AMEA rəhbərliyi tərəfindən qəbul edilən qərarın və mediada səsləndirilən faktların yanlış olduğunu da açıqlayıb.

Sevil xanım Zülfüqarovanın MEK direktoru olduğu dönəmdə gördüyü işlərin Hesabatını olduğu kimi paylaşırıq:

Mən Zülfüqarova Sevil Kamil qızı 2010-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında kitabxanaçı – biblioqraf, AMEA-nın Əlyazmalar İnstitutunda baş mütəxəssis, Hüseyn Cavidin Ev Muzeyində elmi katib, Dilçilik İnstitutunda kitabxana şöbəsinin müdiri, ictimai əsaslarla AMEA Qadınlar Şurasında və Ailə, Qadın və Uşaq Komitəsinin AMEA-nın gender məsul şəxsi vəzifələrində çalışmışam. İşlədiyim idarə və müəssisələrdə bacarığım, iş qabiliyyətimlə seçilmiş, xalqıma və dövlətimə vicdanım və ləyaqətimlə xidmət etmişəm.

2020-ci il martın 3-dən Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinə təyin olunmuşam. Vəzifəyə təyin olunduğum etimadı doğrultmaq üçün var gücümlə çalışaraq işlərlə yaxından tanış oldum. 1923-cü ildə əsası qoyulmuş kitabxananın strukturu və kitab fondlarında ciddi nöqsanların olduğunu aşkarladım.

Sual olunur, 30 ilə yaxın dövr ərzində Qarabağda düşmən tərəfindən 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib. 97 il tarixi olan, Bakının mərkəzində yerləşən MEK-in kitabxana fondlarını və misilsiz milli irsimiz kimlər tərəfindən dağıdılmış və məhv edilmişdir?

2014-2019-cu illər ərzində AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna və kadr ehtiyatına dəymiş ziyan və zərərləri qısaca olaraq çatdırmaq istəyirəm:

1. 1937-ci ildə yaradılmış Kitabxana Şurası 2014-cü ildə ləğv edilmişdir.

2. 2003-cü ildə yaradılmış Elmi Şura 2014-cü ildə ləğv edilmişdir.

3. 1969-cu ildə yaradılmış Metodik şöbə (27 kitabxanaya metodik rəhbərlik etidiyi halda) 2014-cü ildə ləğv edilmişdir.

4. 1967-ci ildə əsası qoyulmuş Qərb şöbəsi 2014-cü ildə ləğv edilmişdir.

5. 1977-ci ildə yaradılmış Şərq ədəbiyyatı şöbəsi 2014-cü ildə ləğv edilmişdir.

6. 2003-cü ildə əsası qoyulmuş Azərbaycan dövlətçiliyi və Heydər Əliyev şöbəsi 2014-cü ildə ləğv edilmişdir.

7. 2012-ci ildə yaradılmış Aərbaycanşünaslıq şöbəsi 2014-cü ildə ləğv edilmişdir.

8. 2004-cü ildə 5 milyona yaxın fondu olan MEK-in hal-hazırda 1.383.610 kitablıq fondu qalıb. O da zirzəmidə suyun içində saxlanılırdı.

9. 2014-2019-cu illər heç bir ədəbiyyatın qeydiyyatı (“Baş kitab”) aparılmamış, fondların komplektləşdirməsi istiqamətində uyğun iş görülməmiş, ənənəvi kataloqa kartoçka yazılıb düzülməmişdir.

10. 2014-cü il MEK-in baş kitabında (Depozitlər fondu) 135230 nüsxə ədəbiyyat göstərilsə də MEK-də hal hazırda 2019-cu ilin hesabatında 1743 nüsxə ədəbiyyat göstərilmişdir. Aradakı fərq 133.487 nüsxə təşkil edir.

11. MEK-in 2014-cü il sənədində (Baş kitab) 822.819 nüsxə dövrü mətbuat qeyd edilsə də 2019-cu ilin hesabatında dövrü mətbuat 347.810 nüsxə göstərilir. Aradıkı fərq isə 475.009-dur.

12. 2014-cü ilin MEK-in Baş kitabında fondun həcmi 2.222.824 qeyd olunmuşdur. 2019-cu il MEK-in hesabatında isə fondun həcmi 1.383.610 nüsxə ədəbiyyat qeyd olunmuşdur. Aradakı fərq 839.214 nüsxə təşkil edir ki, o da yerində aşkarlanmamışdır. Şöbə müdirlərindən əldə olunan (11 nəfər) izahatlara əsasən bu illər ərzində direktorun göstərişi ilə ümumi fonddan 111.263 nüsxə ədəbiyyat hədiyyə edilmiş, 70 ton kitab və jurnal təkrar emala (maklatura) göndərilmiş və 70 min ədəbiyyat MEK-in yeni binasına daşınmamış, oxucuların adında olan 5940 nüsxə ədbiyyat silinmiş, hal hazırda 1000-dən artıq kitabın aktı da hazırlanıb, silinməmiş olaraq qalır.

13. 2014-2019-cu illər qəzet və jurnal məqaləsi işlənməmiş, kartotekası tərtib edilməmişdir Bu illərin boşluğunun necə doldurulacağı sual altındadır.

14. 2014-cü ildə Avtomatlaşdırmış Kitabxana İnformasiya Sistemi üçün ALİSA proqramı alınsa da tətbiq edilməmişdir, “kustar” üsulu ilə bir proqram yığılmış, proqramın sertifikatı yox, lisenziyası yox, ora yazılmış elektron kataloq, MRY, elektron baza isə silinmişdir. Bu gün belə bir kitabxananın elektron bazası yoxdursa, hansı onlayn xidmətdən və beynəlxalq əlaqələrdən söhbət gedə bilər? Həmçinin kitabxanadakı komputerlərin və digər texniki avadanlıqıarın da lisenziyası yoxdur.

15. Bu azmış kimi 122.567 AZN dəyərində 113 komputer, 18 proyektor oğurlanmışdır.
 
16. 2014-cü ildə 40 ştat vahidi, dəyəri 238.449 AZN olan 42 adda avadanlıq (dəyəri 35.000 AZN olan book-driver, 23.000 AZN kitab üçün dezinfeksiyaedici aparat – şkaf, 28.500 AZN dəyərində Printer Manaxron H.plaz.r., 18.000 AZN dəyərində surətçıxarma aparatı “Konika”, 14.300 AZN dəyərində olan kağız və karton qalığını ölçmək üçün cihaz, 8.500 AZN server, 10.000 AZN rezoqraf A-3, 3000 AZN kabinet dəsti, 9600 AZN LED TV SONİ, 11000 AZN kallator (kitablar səhifələmək üçün), 5.700 AZN surətçıxarma aparatı, 4.500 AZN termo yapışdırıcı aparat, sürətli skaynerlər və s.) MEK-dən çıxarılmışdır. Bugün MEK-in bərpa konservasiya şöbəsində bərpaya ehtiyacı olan minlərlə kitabın avadanlıq olmadığına görə bərpası mümkün deyil.

17. 2014-cü ilə qədər elektron kitabxananın yaradılması üçün göz nuru, əl əməyi ilə çəkilmiş minlərlə pdf faylı MEK-in elektron bazasında öz əksini tapmamışdır.

18. 2017-ci ilin hesabatında nadir nəşrlər fondunda 15.037 nüsxə kitab göstərilsə də, hal hazırda fondda 10.015 nüsxə ədəbiyyat mövcuddur. Fondda 1403 nüsxə kitab müxtəlif səbəblərdən yoxdur. Bunlardan 61 nüsxə kitab səbəbsiz olaraq yerində yoxdur, 107 nüsxə kitab da “oxucudadır” adı altında aktlaşdırılıb. Qeyd edək ki, Nadir fonddan oxucuya kitab verilmir. Verilən izahatlara əsasən qalan ədəbiyyatlar isə ümumi fonda geri qaytarılıb.

19. 2020-ci il sentyabr ayının 14-dən oktyabr ayının 31-ə qədər aparılan yoxlama zamanı kitab fondunun “C” formatında (“C” formatında həcmi böyük, ili qədim, çox qiymətli kitablar saxlanılır) 9.957 nüsxə kitab olmalı idi, lakin yoxlama zamanı 824 nüsxə ədəbiyyat yerində aşkarlanmadı. 598 nüsxə ədəbiyyat isə inventar kitabında olan ədəbiyyatla uyğun gəlmədi. Yəni başqa adda olan ədəbiyyatlara invertar nömrələri yazaraq “C” formatına qoyulmuşdur ki, bu da inventar kitabında qeydiyyata alınan ədəbiyyat deyildir. Beləliklə, yoxlama zamanı “C” formatında 1422 nüsxə ədəbiyyat çatışmamazlığı aşkar olunub. (Şöbə müdirinin izahatı əsasında).

20. MEK-in arxiv müdirinin verdiyi izahata əsasən MEK-in arxivi dağıdılmışdır.

21. Kitabxana fodndları haqqında dövri mətbuatdan götürülmüş faktlar
 
AMEA MEK “Elmi əsərlər” III buraxılış (Bakı-2000.səh.24) – MEK-in ümumi fondu 3 milyondan artıq;
 
1. “Zerkalo” qəzeti №144, 2 avqust 2002-ci il – 4 milyon nüsxə;
 
2. “Ayna” qəzeti №30, 2 avqust 2002-ci il – 4 milyon nüsxə;
 
3. “Respublika” qəzeti 5 iyul 2001-ci il – 3.5 milyon nüsxə;
 
4. “Elm” qəzeti №35-36, 25 dekabr 2001-ci il – 3,5 milyon nüsxə;
 
5. “Mədəni maarif” №9 2004-cü il – (səh.47) – 5 milyon nüsxə.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azad Rəhimov ABŞ-da əməliyyat olunub və komaya düşüb - Yenilənib

“Bu Azərbaycan xalqına meydan oxumaqdır, Azərbaycanı oyuncaq dövlətə çevirməkdir” - İlham İsmayıl

Mehri dəhlizinin “qapısı” Azərbaycana qaytarılır

"Azərbaycanın İrəvandakı nümayəndəliyi..." - Babayan hiddətləndi

“Bəylər Əyyubov stəkan yuyurdu, bizə çay süzürdü” – Bağında işləyən dülgər qadın

“Hökumət daxilində təhlükəli mafiya var...” - Müşfiq Ələsgərlidən sensasiyalı açıqlama

Azad Rəhimov: “Narahatlığa heç bir əsas yoxdur”

Masallıda əməliyyat keçirilib - Saxlanılanlar var

“Siyavuş Novruzov karyerdə daş ata-ata hüquq üzrə elmlər doktoru olub?” – Tural Abbaslı

Nazirin səhhətinin ağırlaşdığı təsdiqləndi - Müalicə nəticə verməyib...

Oqtay Əsədovun həyat yoldaşının Moskvadakı qalmaqallı “Kapriz”i əsaslı təmir olunub - Foto

Ən çox oxunanalar