Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA dünən başa çatan tenderlə bağlı bu gün elan verib

Elton Məmmədovdan "yenilik"...

Azərbaycan Milli Elmlər Akademiyasi mühafizə xidmətinin satın alınması məqsədilə tender elan edib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, elanda diqqət çəkən məqam dünən sənədlərin qəbulunun başa çatmasıdır.

Belə ki, AMEA İşlər İdarəsi 2020-ci ildə cari ilin son dörd ayı üçün mühafizə xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib. “Xalq qəzeti”nin bu günkü sayında dərc edilən elanda qeyd edilib ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 17 sentyabr 2020-ci il (dünən-red.) saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.

Artıq verilmiş təkliflər isə 18 sentyabr 2020-ci il (bu gün –red.) saat 12.00-da AMEA Rəyasət Heyətinin inzibati binasında açılacaq.

AMEA eyni qaydada 2020-ci ildə məişət tullantılarının daşınmasının satın alınması məqsədilə də kotirovka sorğusu elan edib. Bu gün elan edilən bu tenderin də vaxtı dünən bitib, bu gün isə sənədlərə baxılacaq.

Qeyd edək ki, AMEA İşlər İdarəsinin müdiri sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovdur. Onun müavini isə karantində keçirdiyi toya görə məhkəmənin qərarı ilə 15 sutka həbs edilən sabiq deputat İlham Əliyevin qardaşı Fikrət Əliyevdir. İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.

Belə görünür ki, bu da Ramiz Mehdiyevin AMEA-dakı "islahatlarının" nəticəsidir...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar