Çərşənbə axşamı, 07 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

AMEA-dan növbəti şübhəli tender:  2 gün əvvəl yaranan şirkəti 40 minlik tenderin qalibi etdi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Asrofizika Rəsədxanası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Morgan-Az2021” MMC (VÖEN- 1904850541) olub.

PİA.az xəbər verir ki, "Morgan-Az2021” MMC AMEA-ya ümumi dəyəri 40 min manat olan maşın və avadanlıqlar satacaq.

Məlumat üçün bildirək ki, AMEA tender müsabiqəsini bu ilin sentyabr ayının 3-də elan edib.

Maraqlıdır ki, tenderin qalibi olan "Morgan-Az2021” MMC tender elanından cəmi 2 gün əvvəl – 31.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi 2 gün əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış sahəsi (Yeni Günəşli qəs.), ev 153, m. 40”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Mövlud Tərxan oğludur.

Tender müsabiqəsilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, iyul ayında “Morgan-Az2021” MMC-nin qeydiyyatda olduğu Yeni Günəşli qəsəbəsində bənzər adlar altında onlarla MMC dövlət qeydiyyatına alınıb.(Yeniavaz.com)

pia.az




Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Yeni nazir müavini təyinatından danışdı - Foto

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır... - İddia

Azərbaycanda dizelin qiyməti kəskin qalxacağı deyilir... - Hökümət daxili bazarda qiymətləri hansı səviyəyə çatdırmaq istəyir?

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

Rüşvət alan Dövlət Xidmətinin vəzifəli şəxslərinə hökm oxudu

İşsizlərin nəzərinə! - Bu sənədləri təqdim edin və... - Video

İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib - Yenilənib

Ən çox oxunanalar