Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA-da işə davamiyyət tam bərpa olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev AMEA-da işə davamiyyətin tam bərpa olunması haqqında sərəncam imzalayıb...

PİA.az xəbər verir ki, sərəncama əsasən AMEA Rəyasət Heyəti aparatında və AMEA-nın bütün elmi müəssisə və təşkilatlarının iş rejimi və işçilərin işə davamiyyəti 2020-ci il 31 may tarixindən tam bərpa olunub.

Həmçinin sərəncama əsasən yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı qoruyucu tədbirlərin davam etdirilməsi və işçi heyətin sağlamlığının qorunması məqsədi ilə AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinin və AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərlərinə aşağıdakılar tapşırılıb:

- “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli qərarının 1-ci hissəsinin 1.3, 1.5, və 1.6-cı bəndlərinin aidiyyəti üzrə icrasını təmin etməlidirlər.

- Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən hazırlanmış “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki vəsait”ə uyğun olaraq profilaktik tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

Qeyd edək ki, mayın 31-dən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi 2020-ci il 15 iyun saat 00:00-dək uzadılıb.

Eyni zamanda, fəaliyyətinə məhdudiyyət tətbiq edilmiş Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarının (qurumlarının) işçilərinin tam fəaliyyəti 2020-ci il 31 may saat 00:00-dan bərpa olunub.(Report)

pia.az


Etiket: AMEA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar