Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amaşov jurnalistlərə çağırış etdi – Müxalifətin mitinqi ilə bağlı

Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib

PİA.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatin Amaşov məlumat yayıb.

Şura sədri açıqlamasında bildirib:

“Müxalifət nümayəndələrindən ibarət Milli Şura oktyabrın 19-da metronun “28 May” stansiyası önündəki meydanda mitinq keçirəcəyini bəyan edib. Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı razılıq olmadığı üçün aksiya icazəsiz xarakter daşıyır. Bununla əlaqədar olaraq Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinə, o cümlədən hüquq-mühafizə orqanlarının nümayəndələrinə müraciət edib.

Müraciətdə bildirilib ki, Mətbuat Şurası icazəli və ya icazəsiz xarakter daşımasından asılı olmayaraq, bütün küçə aksiyalarında jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır. Milli Şuranın 19 oktyabr 2019-cu il tarixə təyin etdiyi mitinqdə də bu iş həyata keçiriləcəkdir. Ərazidə Azərbaycan Mətbuat Şurasının və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupu fəaliyyət göstərəcəkdir. Jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda qrupun üzvlərinə məlumat verə bilərlər. Əlaqə üçün telefon nömrələri – 050 206 96 02; 055 288 95 53”.

Azərbaycan Mətbuat Şurası eyni zamanda mitinqi işıqlandıracaq jurnalistlərə üzərində “Press” yazılmış gödəkçələrdə olmağı tövsiyə edir:

“Bu, hər hansı çətinliyin yaranacağı hallarda onların hüquqlarının müdafiəsinin təşkili üçün vacibdir.

Jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurasının monitorinq qrupu məsələni diqqətdə saxlayacaq.

Şura hüquq-mühafizə orqanlarının təmsilçilərini də üzərində “Press” yazılmış gödəkçələrdə olan media təmsilçilərinə müvafiq şərait yaradılması üçün tədbirlər görməyə, ümumən jurnalistlərlə əlaqədar həssaslıq nümayişinə çağırır”. (Teleqraf.com)

pia.az


Etiket: Amaşov mitinq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar