Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Altı rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb

Bu il ərzində işlərinə yol verdikləri nöqsanlarına görə altı rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb və əmək müqavilələrinə xitam verilib

Bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzi hallarda təhsildə qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir:

“Bir il bundan əvvəl keçirilən analoji konfransda bu istiqamətdə olan məsələnin üzərində çox dayanmadım. Bu məsələlərin növbəti tədris ilərində aktual olmaması və müzakirə predmetinə çevrilməsinə ehtiyac olmamasını arzu edirəm. Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqin tapıb” .

Nazir bildirib ki, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və üç nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərləri işlərində verdiyi nöqsana görə intizam tədbirləri tətbiq edilib:

“Nöqsanlara görə səkkiz nəfər məktəb direktoru, altı nəfər direktor müavini müqaviləsinə xitam verilib. 29 nəfər direktor və 37 nəfər direktor müavini intizam tədbirləri tədbiq edilib.

80 nəfər məktəb direktorunun əmək müqaviləsinin müddəti qurtaran zaman növbəti dəfə əmək müqaviləsinin uzadılması barədə qərara alınarkən davamlı şəkildə nəticələrin aşağı olması onların müqavilələrin uzadılmamasına qərar verilib.

Yeddi hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar