Şənbə, 05 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Almanlar belə bir addım atdı, ermənilər niyə atmasınlar?” - Rusiyalı ekspert

Aleksandr Sıtin: “Mövcud vəziyyət hərbi əməliyyatların alternativinin olmadığını göstərir”.

Azərbaycan ilə Ermənistan arasında Moskvada və Vaşinqtonda aparılan danışıqlar hələ heç bir nəticə verməyib. Ermənistanın mövqeyi dəyişmir və Azərbaycan tərəfi üçün mümkünsüz olanı, yəni Qarabağ üçün status tələb edir. Bu da öz növbəsində müharibəni hazırkı situasiyada dayandırmağı mümkünsüz edir.

Ermənistana qlobal dəstəyin olmaması, erməni terrorçularını öz mülki əhalisini qırmaq və bunda Azərbaycan tərəfini günahlandırmaq kimi radikal addımlar atmağa sövq edə bilər. Belə düşünən rusiyalı politoloq Aleksandr Sıtin AYNA-nın suallarını cavablandırıb.

- Müsahibələrinizin birində, ermənilərin 1915-ci ildə olduğu kimi təxribatlara gedib ictimai rəyi cəlb etmək üçün öz əhalisini qıra biləcəyini söylədiniz. İndiki vəziyyətdə belə bir versiyanın mümkün olduğunu düşünürsünüz?

- Erməni tərəfinin dünya ictimai rəyini Azərbaycana qarşı çevirmək və özünün qazanması üçün belə bir addım atmaması qəribə olardı. Hazırda Azərbaycan tərəfini dəstəkləyən dünya güclərinin münasibətini dəyişdirmək üçün belə bir təxribata ehtiyacları var. İndi Ermənistanın strateji hədəfi Rusiyanı bu münaqişəyə cəlb etməkdir. Azərbaycanın Ermənistan ərazisinə zərbə endirəcəyini və bununla da Rusiyanın bu münaqişəyə cəlb olunacağını istəyirdilər, amma bu, baş vermədi. Odur ki, mən belə hadisələrin gedişini istisna etmirəm. Bu, fərqli müharibələrdə və hətta İkinci Dünya Müharibəsi zamanı da almanlar tərəfindən edildi. Niyə də ermənilər belə etməsinlər?!

- Rusiya və Fransanın BMT Təhlükəsizlik Şurasındakı təklifini necə qiymətləndirirsiniz? Bu sənəddə Ermənistanın Azərbaycana təcavüzü faktı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi göstərilməyib. Qoşulmama Hərəkatı ölkələri belə bir sənəd qəbul etməkdən imtina etdi. Rusiyanın siyasətini necə başa düşmək olar? Bu qarşıdurmada hansı oyun oynayır?

- Rusiya hələ də müharibədən məsafəli qalmağa çalışır. Bu siyasət Moskvanın müharibəyə qarışmaq üçün səbəbləri olmayana qədər, yəni Ermənistanın ərazisinə hücum halına qədər davam edəcək. Digər tərəfdən, Rusiya hakimkiyyətinə informasiyadan tutmuş, lobbiçiliyə qədər bütün səviyyələrdə təzyiq edilir. Ermənistanı dəstəkləməkdən çəkindirən başqa bir amil də Paşinyanın Rusiyada bəyənilməməsi və Amerika elementi kimi qəbul edilməsidir. Bu, birmənalı dəstəyin qarşısını alan əsas məqamlardan biridir. Eyni zamanda, Moskva Ankara ilə mübahisə etmək istəmir. Ona görə də indi Rusiyadan silahlı addımlar atılacağını gözləməzdim. Moskva yalnız barışıq üçün təziq göstərə bilər. Fransaya gəlincə, orada çox sayda erməni var və heç kimə sirr deyil ki, Fransa prezidentləri, xüsusən seçkilərdən əvvəl onlara xoş gələn addımlar atmağa məhkumdur. Buna görə də Frnasa rəhbərliyi onların nazı ilə oynayır.

- AzərbaycanErmənistan Xarici İşlər nazirlərinin ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşünü necə qiymətləndirirsiniz?

- Azərbaycan ərazilərini iki halda geri qaytara bilər: ya hərbi zəfərlə, ya da Ermənistanın güzəşti ilə. İkincisi barədə danışmağa ehtiyac yoxdur, çünki Paşinyan bu barədə açıq şəkildə bəyan edir ki, heç bir güzəştə getməyəcəklər. Buna görə də Lavrov, Pompeo və digər hər hansı bir şəxslə görüşlər keçirə və danışıqlar apara bilərsiniz. Amma, əgər Azərbaycan rəhbərliyi öz ərazilərini azad etmək hədəfinə çatmağı qarşısına məqsəd qoyubsa, o zaman bu hədəfə çatmaq lazımdır. Əgər Azərbaycan tərəfi barışıq üçün danışıqlara hazırdırsa, onda bir sual açıq qalır: müharibəyə başlamaq nəyə lazım idi? Hadisələrin mövcud vəziyyəti və tərəflərin açıqlamaları hərbi əməliyyatların alternativinin olmadığını göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı açıqlama

Ara Ayvazyan jurnalistlərə əsəbləşdi: "İlham Əliyevi niyə belə diqqətlə oxuyursuz?"

Kəlbəcər məktəbində biabırçılıq: Prezidentin şəklinə görə pul yığırlar - Video

“Oktyabrda Paşinyan yanlış qərar verdi, bir korpus darmadağın edildi” – Köçəryan açıqladı

Ramiz Mehdiyevin ortağı olan məşhur iş adamı karantində toy elədi – Adı niyə gizlədilib?

Komendant saatının ləğvi ilə bağlı açıqlama

Tofiq Zülfüqarov Musabəyovu dəstəklədi: "Türk hərbçilərinin gəlməsini istəyənlər.."

Türk professor koronavirusu məhv edən ən güclü təbii silahı açıqladı

Xocalı və Xankəndi ilə bağlı yeni xəbər - Video

Kəlbəcərdə AzTV-nin əməkdaşları ilə erməni keşişlər arasında mübahisə yarandı - Video

Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - Ermənilər panikadadır

loading...

Ən çox oxunanalar