Çərşənbə axşamı, 29 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Almaniyanın təklif etdiyi milyonlarla təzminatı prezidenti rədd etdi - Fotolar 

XX əsrin əvvəllərində almanlar törətdiyi soyqrımı hadisəsi üçün təklif etdiyi 10 milyon avro təklifi Nambiya hökuməti tərəfindən rədd edilib.

Demokrat.az xəbər verir ki, Nambiya Prezidenti Hage Geingob 1904-1908-ci illərdə 100 min insanın öldürüldüyü soyqrım üçün Almaniyanın təzminat təklifini qəbul etməyib.

Nambiya lideri Almaniya dövlətinin təklif etdiyi təzminatın miqdarını açıqlamayıb. Lakin mətbuat iddia edib ki, təklif olunan təzminatın miqdarı 10 milyon avrodur.

Nambiya Prezidenti Hage Geinkob alman heyətinin “təzminat”sözündən qaçaraq “yaraların sağaldılması” ifadəsində israr etdiyini və bunun rədd olunduğunu bəyan edib.

Qeyd edək ki, Almaniya tərəfi soyqrımı qəbul etsə də, buna görə rəsmən üzr istəməyib.
Xatırladaq ki, Nambiyada soyqrım 1904-cü ildə yerli xalqın işğalçı almanların torpaq və heyvanları müsadirə etməsinə qarşı etiraz aksiyaları zamanı baş verib. Bu zaman Herero və Nama xalqları çöllərə sürgün edilib. Torpaqlarına qayıtmaq istəyənlər ya öldürülüb, ya da düşərgələrə göndərilib.

Soyqrım zamanı öldürülənlərin sayına dair konkret rəqəm olmasa da, mütəxəssislər 100 mindən az olmadığını bildirirlər. Tarixçilər herero xalqının 65.800, nama xalqının isə 20 min üzvünün öldürüldüyü qənaətindədir. Soyqrım herero xalqının 75 faizini, namaların isə tən yarısını yox edib.

Nambiya hökuməti öldürülən yüzlərlə şəxsin kəlləsini araşdırmaq və “Avropalıların üstünlüyünü göstərməyin sübutu” olduğunu müəyyən etmək məqsədilə Almaniyaya göndərib. Antropoloqlar bu kəllələr üzərində ciddi iş aparıblar.

İki il əvvəl Berlin araşdırmalarda istifadə olunan 25 insan kəlləsini kilsədə təşkil etdiyi rəsmi tədbirlə Nambiya heyətinə təhvil verib.

Hazırda Almaniya və Nambiya 2015-ci ildən bu yana rəsmi üzür istəmək və təzminat ödəmək mövzusunda danışıqlar aparır. Heyətlər indiyə qədər 8 dəfə görüş keçirib.

Almaniya isə bəyan edir ki, hər il Nambiyaya milyonlarla avro sərmayə qoyaraq ölkənin inkişafına dəstək verir.

Almaniyanın Nambiya soyqrımlarından xilas olan bəzi şəxslərin  yaxınları 2001-ci ildə Almaniya hökuməti və iki şirkətinə qarşı 4 milyard dollarlıq təzminat davası açıb.

pia.az 




Etiket: Soyqırım


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Rusiya qonşularının daxili siyasətinə qarışmır” - Putin

Xankəndi və Şuşada yaşayan ermənilər Ermənistana qaçır – Video

Nazirlikdən internet istifadəçilərinə xəbərdarlıq

Azərbaycan ordusunun məhv etdiyi erməni əsgərləri - Düşmənin canlı itkisi videoda

Kəlbəcər tam, Ağdərə isə qismən mühasirəyə alınıb - Ekspert

İşğaldan azad edilmiş ərazilərimizdən ilk görüntü - Video

“Ermənistan hökuməti bu iki addıma gedə bilər” - Tofiq Zülfüqarov danışdı

Vardenis-Ağdərə yolu da daxil olmaqla hər bir qarış torpağımızda monitorinqlər aparılır

loading...

Ən çox oxunanalar