Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada sığınacaq axtaranlar - indi saxtakarların heç bir hoqqası keçmir

Almaniyaya 2015-ci ildən başlayan qaçqın axını hələ də davam edir

“Report” xəbər verir ki, bu barədə son dörd ildə ölkəyə gələrək sığınacaq istəyənlərin statistikasını aparan Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən (BAMF) bildirilib.

BAMF-nin internet saytında hər ay yenilənən məlumata görə, bu ölkəyə sığınanlar arasında Suriya, İraq, Əfqanıstan, İran, hətta Türkiyə vətəndaşları çoxluq təşkil edir.

Azərbaycandan da Almaniyaya gedərək qaçqın statusu üçün müraciət edənlərin sayı kifayət qədərdir. Ancaq sığınacaq axtaran Azərbaycan vətəndaşları ilə bağlı statistik məlumat BAMF-nin hazırladığı ilk onluqdakı ölkələrin vətəndaşlarının sayından az oldu]u üçün o siyahıya daxil edilmir. Buna baxmayaraq sığınacaq istəyən həmvətənlərimizlə bağlı sözügedən idarəyə sorğu verib, məlumat əldə etmək mümkündür. Məsələn, 2018-ci ildə Almaniyaya sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 2900 nəfər olub. 2017-ci ildə 3030 nəfər, 2016-ci ildə 4750 nəfər, 2015-ci ildə 1497 nəfər, 2014-cü ildə isə 1295 nəfər qaçqın statusu almaq üçün bu ölkənin müvafiq qurumlarına müraciət edib.

2019-cü ilin ilk 6 ayı ərzində 999 nəfər Azərbaycan vətəndaşı qaçqın statusu almaq üçün federal idarəyə üz tutub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faizdən çox azalma deməkdir. Belə ki, ötən ilin eyni dövründə müraciət edənlərin sayı 1500 nəfərə yaxın olub.

Bəzi ekspertlər Azərbaycan vətəndaşlarının sığınacaqla bağlı müraciətlərinin azalmasını Almaniyanın "Miqrasiya haqqında" qanunu sərtləşdirilməsi ilə əlaqələndirirlər.

Azərbaycanlılar niyə pasportlarını cırırlar?

Müxtəlif sosial şəbəkələrdə bu məsələ ilə bağlı olan paylaşımlar və şərhlərdən belə qənaətə gəlmək olar ki, sığınacaq almaq proseduru zamanı həmvətənlərimizin qorxduqları əsas hal “Dublin anlaşması”nın tələblərinə uyğun olaraq viza aldıqları ölkəyə qaytarılmalarıdır. Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin birlikdə imzaladıqları bu anlaşma qanunsuz miqrasiyanın qarşısını almaqda olduqca effektlidir.

Sazişin başlıca məqsədi Aİ ölkələrinin hər hansı birində qaçqın statusu üçün müraciət etmiş şəxsin ərizəsinə vahid qaydada baxılması, ölkələr arasında məlumat mübadiləsinin daha effektli aparılması, sığınacaq axtaran şəxslərin hüquq və azadlıqlarının qorunması, eyni zamanda qanunsuz miqrasiyaya qarşı daha effektli mübarizəni təmin etməyə nail olmaqdan ibarətdir.

Qaçqın statusu üçün müraciət edən Azərbaycan vətəndaşlarının çoxu “Dublin”dən yayınmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Məsələn, Azərbaycanda guya təqib olunduğunu, ölkəyə qayıdacağı təqdirdə həbs olunacağı görüntüsünü yaradan biri “Dublin”ə düşməmək üçün pasportunu cırır və yandırır. Başqa bir misal, sığınacaq almaq istəyənlər miqrasiya idarəsində dindirilmə zamanı, əsasən də “yol intervyu”sunda Azərbaycandan gizli yollarla Almaniyaya gəldiklərini və borclu qaldıqları üçün pasportlarının qaçaqçıda girov qaldığını deyirlər. Təbii ki, alman məmurlar üçün onların hansı marşrutla ölkəyə gəldiyini müəyyən etmək elə də çətin olmur. Azərbaycanda Şengen ölkələrinin səfirlikərinə göndərilən sorğu nəticəsində onların hansı ölkə vizası ilə Almaniyaya ayaq basdıqları müəyyən olunduqdan sonra həmin şəxsin qaçqın statusu üçün müraciətinə baxış dayandırılır. Ölkədən çıxarılan şəxslər vizalarının olduğu Aİ ölkələrinə göndərilir və onların qaçqın statusu üçün müraciətlərinə həmin ölkələrdə yenidən baxılır.

Bu zaman bizim mühacirlərin Hindistan filmlərini kölgədə qoyacaq ssenariləri işə düşür. Dərman həbləri qəbul edib, damarlarını kəsib, başını divara vurub dəli olduğunu sübut etməyə çalışanlar hesab edirlər ki, bu yolla deportasiyadan canlarını qurtaracaqlar.

Məsələn, bu ilin iyul ayında Almaniyanın Bavariya əyalətinin Deggendorf şəhərindəki bir qaçqın kampında qalan 40 yaşlı Humay Məmmədova adlı Azərbaycan vətəndaşı “Dublin proseduru” ilə vizasının olduğu İtaliyaya göndərilməmək üçün dərman qəbul edərək həyatına son qoyub.

Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyaların məqsədi

Almaniya qaçqın axınına məruz qalan ABŞ və Kanadadan fərqli olaraq sosial dövlətdir. Qaçqını qəbul edib, ona qalmağa yer verib, gündə üç dəfə yeməklə təmin edib, cibinə xərclik qoyanda təbii ki, bu ölkəyə gələnlər çox olacaq. Səbəbi olan da, olmayan da. Elə Azərbaycan vətəndaşları da bu kimi səbəblərə görə mühacirət üçün Almaniyanı seçirlər. Miqrasiya idarələrində sorğu zamanı yaşamaq icazəsi üçün yetərli sübut təqdim etməyənlər onlara göstərilən dözümlü münasibətdən istifadə edərək “sübut” toplamağa başlayırlar. “Sübut” siyahısı da uzundur. Polisə saxta çağırış vərəqəsi, məhkəmə qərarları, əmək kitabçaları, jurnalist vəsiqələri, müxalifət partiyalarından dəstək məktubları, mitinqlərdə çəkilmiş şəkillər, polis əməkdaşları ilə bilərəkdən edilən qarşıdurmalardan video görüntülər və s.

Təbii ki, Almaniyanın Miqrasiya İdarəsində çalışan məmurlar Azərbaycandakı vəziyyəti çox gözəl bilirlər. Hüquq-mühafizə orqanları adından verilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə verilən sorğuların nəticəsi bizim “mühacir”lərin kefinə soğan doğrayır.

Bu zaman “B planı” işə düşür. İki gündən bir Berlində yerləşən Azərbaycan səfirliyi önünə yığışıb, aksiya keçirib, bolluca şəkil çəkdirib dağılışırlar. Sonra həmin şəkillərə bir məktub da əlavə edilib, Miqrasiya İdarələrinə göndərilir. Aksiya zamanı səfirlik əməkdaşları tərəfindən şəkillərinin çəkilib Azərbaycanın hüquq-mühfizə orqanlarına ötürüldüyünü deyərək deportasiya ediləcəkləri təqdirdə onları həbs, işgəncə və s. kimi halların gözlədiyini yalanına inandırmağa çalışırlar.

Yaxud bu tip aksiyalar hazırda Almaniyada hansısa yolla yaşamaq icazəsi alan birinin qohum-əqrabasını öz yanına gətirmək üçün bir şans olur. Pul müqabilində bir neçə xəbər saytında xüsusi yazı hazırlatdırlar ki, guya mühacirin Almaniyadakı siyasi fəaliyyətinə görə Azərbaycanda olan əmisi, dayısı, bibisi, xalası və s. təzyiqlərə məruz qalır, polis idarələrinə çağırılaraq həbslə hədələnirlər.

Son aylar Azərbaycan dilli xəbər saytlarında bu tipli məlumatların həqiqiliyi alman məmurlara şübhəli gəldiyindən həmin mühacirlər yeni varianta əl atıblar. Almaniyanın tanınmış media orqanlarının binası önündə aksiya keçirib barələrində kiçik də olsa bir xəbərin yazılmasına çalışırlar.

Yenə də eyni məqsəd (lər) üçün: “Bizi bu fəaliyyətimizə görə geri göndərsəniz, həbs edəcəklər” nağılı…

Almaniya isə, daha əvvəlki kimi qaçqınların nazı ilə oynamaq həvəsində deyil. Miqrasiya qanununa edilən dəyişikliklər bir daha göstərdi ki, rəsmi Berlin müxtəlif bəhanələrlə yaxşı yaşayış üçün bu ölkəyə üz tutanların yolunu bağlamaq niyyətindədir. Yaşlı işçi qüvvəsinin yerinə işə götürüləcək əcnəbilərə qapılarını açan Almaniya bu yolla həm də 2015-ci ildən bəri məruz qaldığı qaçqın axınını azaltmağa çalışır.

Vergilərlə yaşayan bir dövlətə isə işçi lazımdır: İşləyib, dil öyənərək alman cəmiyyətinə yaxşı inteqrasiya olanan işçi...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar