Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada qanunsuz işləyən azərbaycanlılar deportasiya ediləcək

Almaniyada qanunsuz işləyən azərbaycanlılarla bağlı keçirilən məhkəmə prosesində yekun qərar verilib...

Proses iyunun 18-də Reynland-Pfalts əyalətinin Mayns Şəhər Məhkəməsində baş tutub.

Qeyd edək ki, 2019-cu ilin mart ayında Mayns şəhərində bir tikinti şirkətinə basqın zamanı aralarında 3 Azərbayan vətəndaşı da olmaqla 11 işçi saxlanılıb.

Qərara əsasən, Almaniyada yaşamaq icazəsi olan 36 yaşlı azərbaycanlı işlədiyi müddətdə aldığı sosial yardımı geri qaytarmalıdır. Digər 42 və 51 yaşlı iki azərbaycanlının Almaniyada yaşamaq və işləmək icazəsi olmadığından onlar barəsində deportasiya qərarı verilib.

Həmin Azərbaycan vətəndaşlarının 2018-ci ildə Bakıda xarici universitetlərə tələbə hazırlayan şirkətlərdən birindən Polşa vizası alaraq Varşavaya gəldikləri məlum olub. Onlar əvvəlcə tikinti şirkətinin Polşadakı obyektlərində işə başlayıblar, daha sonra Almaniyaya göndəriliblər. Hazırda həmin şirkət barəsində Mayns Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar