Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada Paşinyana qarşı etiraz aksiyası keçirildi

Ermənistandakı mövcud ictimai-siyasi vəziyyətdən narazı olanlar ölkə daxilində olduğu kimi, xaricdə də etirazlarını ifadə edirlər

Növbəti aksiya Ermənistanın Almaniyadaki səfirliyinin qarşısında keçirilib. Buraya toplaşan narazı kütlə “Xalqa azadlıq!”, “Məhkəmələrə sərbəstlik!” və “Paşinyan, istefa!” deyə şüarlar səsləndiriblər. Səfirlik binası qarşısında etirazçıların fəal üzvlərindən olan Valeri Eprikyan deyib ki, toplaşmaqda əsas məqsədləri Avropanın müxtəlif qurumlarını Ermənistanda insanların üzləşdikləri haqsızlıqlar və məmur özbaşınalığı ilə bağlı məlumatlandırmaqdır.

“Əgər bir ölkədə məhkəmə və hüquq sistemi sifarişlər əsasında çalışırsa, həmin ölkədə demokratiyadan və insan azadlığından danışmaq yersiz olar. Təkcə son üç ayda sifarişlər əsasında dörd hakimin sədrliyi ilə gedən məhkəmə prosesindən bir nəticə hasil olmur. Bu amili ölkədə ancaq siyasi təqiblər və qisasalma kimi xarakterizə etmək mümkündür. Bir məhkəmə prosesinə dörd dəfə yeni hakim təyin olunursa, daha burada hansı ədalətdən danışmaq olar? Ermənistanda hakimlər ancaq Paşinyanın diktəsi ilə qərarlar çıxarırlar”, - deyə Valeri Eprikyan bildirib. (AzərTAc)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar