Almaniyanın Froydenberq şəhərində xalq bayramında baş verən partlayış nəticəsində ən az 14 nəfər yaralanıb
Pia.az Trend-ə istinadən xəbər verir ki, onlardan altısının vəziyyəti olduqca ağır olaraq qiymətləndirilir.
İlkin məlumatlara görə, partlayışa səbəb içərisində isti yağ olan qızartma qabına suyun daxil olması ola bilər.
Hüquq-mühafizə orqanlarına görə, çox güman ki, söhbət qaz partlamasından getmir.
pia.az