Cümə, 29 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Almaniyada 19 azərbaycanlının da olduğu qaçqın düşərgəsi karantinə alındı

Almaniyanın Saksonya-Anhalt əyalətinin Halberstadt şəhərində sığınacaq almaq üçün ölkəyə gəlmiş 850 nəfərin qaldığı düşərgə karantinə alınıb...

Halberstadt Polis Təşkilatından “Report”a verilən məlumata görə, 27 yaşlı şəxs düşərgədən Halle şəhərindəki yataqxanaya köçürülən zaman koronavirus testi verib və nəticəsi pozitiv çıxıb. Bundan sonra Halberstadt bələdiyyəsi və şəhər səhiyyə təşkilatı 3 binadan ibarət olan və 850 nəfərin qaldığı düşərgəni karantin altına alıb.

“Səhər polis əməkdaşları gəlib bütün giriş-çıxışları bağladılar. Daha sonra düşərgə işçilərinə xüsusi geyimlər paylanıldı. Az sonra məlum oldu ki, transfer edilən bir nəfərdə koronavirus tapılıb. Bu səbəbdən qaldığımız düşərgə karantin altına alınıb”, - deyə düşərgədə qalan azərbaycanlılardan biri sayta bildirib.

Onun sözlərinə görə, qaçqın düşərgəsində ondan başqa daha 18 azərbaycanlı var: “Onlardan altısı Azərbaycana deportasiya ediləcəkdi. Koronavirusa görə Almaniya bütün deportasiyaları təxirə saldı”.

Halberstadt Şəhər Səhiyyə İdarəsi isə düşərgə işçilərinin də koronavirusa yoluxa biləcəyini düşünür. Bu səbəbdən işçilər hissə-hissə virus testi üçün şəhər xəstəxanasına aparılacaqlar.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Təhsildəki korrupsiya: Ceyhun Bayramov necə “yeyir”...

Seymur Orucovun ingiliscə çıxışı İTV-də ələ salındı - Video

Elmar Məmmədyarovun 95 yaşlı atası 51 ildir bu vəzifədə işləyir

Nazirlər Kabinetindən toyların keçirilməsi ilə bağlı açıqlama

“O saxta prezidenti, dırnaqarası prezidenti...” - İlham Əliyev

Karantindən sonra yas mərasimlərinin necə keçiriləcəyi açıqlandı

İcra başçısı kartof yığdı, müzakirələrə səbəb oldu - Foto

Koronavirusun yayılmasında günahkar hesab edilən qadın danışdı

Oliqarxa çevrilmiş başçı Sevindik Hətəmovun böyük sərvəti...

Nəqliyyatın müəmmalı “Yol xətti“: Vüsal Kərimlinin tender labirinti

loading...

Ən çox oxunanalar