Çərşənbə axşamı, 24 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Almaniya telekanalında Ermənistanın Gəncəyə raket hücumu pislənilib

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb.

Reportajda Qarabağ uğrunda gedən döyüşlərin ətraf ərazilərdə getdikcə daha çox mülki şəxsi əhatə etdiyi bildirilir. Telekanalın müxbiri Yulia Hahn Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən hazırladığı reportajda oktyabrın 17-nə keçən gecə raket atəşi nəticəsində dağılan yaşayış massivinə baş çəkib.

Alman jurnalist raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları arasında sakinlərlə söhbət edib. Evi tamamilə dağılmış Gəncə sakini Rəqibə Quliyeva gecə baş verən hadisədən danışır. O, vaxtilə çoxlu yaşayış evinin olduğu məhəllənin raket atəşi nəticəsində viran qaldığını söyləyir.

Videokadrlardan da görünür ki, gəncəli xanım dağıntılar arasında öz ev əşyalarını tanıyır və onları toplamağa çalışır. Jurnalist həmin qanlı gecədə həlak olmuş 13 sakinin xatirəsinə hazırlanan anım guşəsinə də baş çəkir. Qeyd edilir ki, Gəncə sakinləri raket zərbəsi nəticəsində həlak olanların xatirəsini yad etmək üçün məhz buraya baş çəkir, gül dəstələri və öldürülən uşaqlara görə oyuncaqlar gətirirlər.

Guşədəki lövhələrdə sakinlər bu hadisənin günahkarını da qeyd ediblər: Ermənistan ordusu.

Y.Hahn bildirir ki, Dağlıq Qarabağdan onlarla kilometr uzaqda yerləşən Gəncənin sakinləri müharibənin birbaşa onları da ağuşuna alacağını heç ağıllarına belə gətirməzdilər. Lakin ötən həftəsonu şəhərin bu məhəlləsindəki evlər dağıldıqdan sonra artıq hamıya aydındır ki, bu münaqişə istənilən zaman və bütün istiqamətlər üzrə kəskinləşə bilər.

Gəncənin mərkəzində sakinlərlə müsahibələr əsasında insanların vətənpərvər ruhda olduqları, onların Azərbaycan Silahlı Qüvvələrinə inandıqları qeyd edilir. Sakinlər döyüşlərdə iştirak üçün könüllü yazıldıqlarını, düşməndən qorxmadıqlarını, Vətən üçün candan keçməyə hazır olduqlarını və tezliklə Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalacanağına inandıqlarını söyləyirlər.

Yekunda isə qeyd edilir ki, Gəncəyə olan hücumlardan sonra Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməyə tam haqqı çatır. Bu fikri bütün şəhər sakinləri, eləcə də dağılmış evinin qalıqları arasında özünə yeni gün-güzəran qurmalı olacaq Rəqibə Quliyeva söyləyir.(report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putin və Makronun qəfil və şübhəli birliyinin arxasındakı plan - Qarabağ gizlinləri

Ordumuz şəhid verdi, bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı Xədicəyə yardım ayırdı

Silahlı keşişin xahişi: Kəlbəcərdə saxlanılan post

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

Lavrov və Şoyqunun Ermənistana səfərindən sonra Putinin Qarabağ açıqlamasının pərdəarxasında nələr var?

Kreml Qarabağdakı missiyasına aydınlıq gətirməlidir: Sülh yaradır, yoxsa separatizmi qoruyur?

İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərinə gedib - Video, Foto, Yenilənib

loading...

Ən çox oxunanalar