Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya telekanalı IWF rəhbərliyini korrupsiyada günahlandırıb

Almaniyanın ARD televiziya kanalı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəhbərliyini korrupsiyada və müsbət dopinq testlərini gizlətməkdə günahlandırıb...

"Report"un məlumatına görə, ağırlıqqaldırmanın çirkli bir idman növü olduğu və dopinq məsələlərinə görə bir sıra milli federasiyaların cəzalandığı, lakin vəziyyətin qlobal səviyyədə dəyişmədiyi vurğulanıb.

Telekanal iddia edir ki, 2008-ci ildən 2017-ci ilə qədər olan olimpiada və dünya çempionatlarının 450 medalçısının yarısından çoxu məşq proseslərində dopinq testlərindən keçməyiblər. Qanunu pozanların əksəriyyətinin ruslar olduğu qeyd olunub. Ölkədaxili yarışlarda "təmiz" dopinq testinin dəyəri 55, beynəlxalq yarışlarda isə 180 avrodur. Bu məbləğlərə hansısa insan idmançıların yerinə testdən keçə bilər.

2020-ci ildə ağırlıqqaldırmada 700-dən çox antidopinq qayda pozuntusu qeydə alınıb. Telekanal bunun həqiqi rəqəm olmadığını iddia edir. 1992-ci ildən bəri Beynəlxalq Olimpiya Komitəsi (IOC) IWF-nin hesabına 23 milyon dollardan çox vəsait köçürüb. Bunların federasiyanın maliyyə hesabatında göstərilmədiyi və ən azı 5,5 milyon avronun taleyinin bəlli olmadığı söylənilir. IWF-nin prezidenti Tamaş Ayanın bu hesablara girmək haqqının olduğu da vurğulanıb.

pia.az


Etiket: IWF

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar