Bazar ertəsi, 21 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Almaniya prezidenti polşalılardan üzr istədi

AFR Prezidenti Frank-Valter Ştaynmayer Almaniyanın İkinci Dünya müharibəsinin cinayətlərinə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib

Xarici KİV-ə istinadən bildirir ki, Ştaynmayer bu bəyanatı Polşanın Velyun şəhərində İkinci Dünya müharibəsinin başlanmasının 80-ci ildönümünə həsr olunmuş xatirə tədbirlərində çıxışı zamanı səsləndirib.

Ştaynmayerin sözlərinə görə, almanlar Polşada soyqırıma yol veriblər.

O qeyd edib ki, tarixin bu hissəsini unutmaq olmaz.

“Burada bütün PolşaAvropadan keçən alman nifrəti başlayıb. Biz bunu müharibə adlandırırıq, çünki bu cinayətləri başqa nə cür adlandıracağımızı bilmirik. Bu, böyük məhv dalğası idi. Polşada almanlar soyqırıma yol veriblər və bunu unutmaq olmaz. Biz tariximizin verdiyi məsuliyyəti qəbul edirik”, – deyə o bildirib. (Virtualaz.org)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Almaniya

Şərh yazın.

loading...

Ən çox oxunanalar