Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya məhkəməsi azərbaycanlı mühacirlə bağlı qərarını açıqladı - Foto

Almaniyanın Münhen məhkəməsi azərbaycanlı mühacir Azər Kazımzadə ilə bağlı qərarını açıqlayıb

PİA.az “Report”a istinadən xəbər verir ki, Münhen federal idarə məhkəməsi onun barəsində olan həbs qətimkan tədbiri ilə bağlı qərarı qüvvədə saxlayıb.

Məhkəmə bunu onunla əsaslandırıb ki, avqustun 20-də Deggendorf şəhərində azərbaycanlıların da iştirakı ilə baş verən kütləvi davanın istintaqı hələ davam edir.

Deggendorf Kriminal Polisində hal şahidlərinin dindirilməsi zamanı qaçqın kampının mühafizə xidmətində çalışan şəxslər Azərbaycan vətəndaşı Azər Kazımzadə əleyhinə ifadə veriblər.

Eyni zamanda, məhkəmədə ifadə verən polis əməkdaşları videogörüntüləri təqdim edərək azərbaycanlı mühacirin hadisədə aktiv və qızışdırıcı hərəkətlərinə diqqət çəkiblər.

A.Kazımzadənin vəkili məhkəmə prosesində çıxış edərək bildirib ki, o, sadəcə tərəfləri sakitləşdirməyə cəhd edib. Vəkil qeyd edib ki, A.Kazımzadənin məqsədi azərbaycanlıları təhqir edərək onların milli hissləri ilə oynayan şəxslərlə dava edən həmvətənlərini qorumaq olub.

Deggendorf şəhər Prokurorluğunun ittihamında isə ictimai asayişin pozulmasına, vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktları yer alıb.

Qeyd edək ki, Almaniyanın Deggendorf şəhərindəki qaçqın kampında baş verən kütləvi davaya görə ümumilikdə 6 nəfər həbs edilib. Onlardan üçü Azərbaycan vətəndaşlarıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

pia.az


Etiket: Almaniya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar