Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya məhkəməsi 12 yaşlı azərbaycanlının deportasiya qərarını ləğv edib

Almaniyanın Passau Federal Məhkəməsi 12 yaşlı Azərbaycan vətəndaşı Z.M. ilə bağlı deportasiya qərarını ləğv edib...

“Report”un Avropa bürosunun məlumatına görə, məhkəmə 9 il əvvəl, 3 yaşı olarkən ailəsi ilə birlikdə Azərbaycandan Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən Z. adlı qız barəsində əvvəlki deportasiya qərarını ləğv edib.

12 yaşlı məktəblinin ailəsi ilə birlikdə alman cəmiyyətinə yaxşı inteqrasiya olması, Hautsenberqdə oxuduğu məktəbdə nəticələrinin yüksək olmasını nəzərə alan məhkəmə, “qaçqın statusu” almaları üçün qərarı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) göndərib.

BAMF-ın yaxın günlərdə 12 yaşlı azərbaycanlı və ailəsi barədə qərarını açıqlayacağı gözlənilir. Qərarın müsbət olacağı, yəni azərbaycanlı ailənin Almaniyada qalacağı istisna edilmir. Çünki Almaniyada “qaçqın işləri” ilə bağlı məhkəmələrin verdiyi müsbət qərarlar (deportasiyanın ləğvi və s.) çox vaxt sığınacaq üçün müraciət edənlərin ölkədə qalması ilə nəticələnir.

Məlumat üçün bildirək ki, 2018-ci ildə Almaniyada Z. və ailəsini deportasiya etməyə cəhd ediblər. Milad ərəfəsində Almaniya polisi Z.-ni, onun valideynlərini və üç kiçik qardaşını Kellberqdəki mənzillərindən götürərək, Azərbaycana deportasiya üçün aparıblar. Lakin o vaxt azərbaycanlı ailəni vətəninə yola salmaq mümkün olmayıb, polis təyyarəyə gecikib.

Bu hadisədən sonra Hautsenberq şəhərindəki idman məktəbinin şagirdləri ailəsi ilə Almaniyada yaşayan azərbaycanlı Z.-nin deportasiya olunmasına qarşı etiraz aksiyası təşkil ediblər.

O vaxt Z. və ailəsi ilə bağlı deportasiya qərarının ləğv edilməsi ilə bağlı Almaniyada fəaliyyət göstərən və əsasən kilsəyə bağlı olan “Caritas”, “Diakonie” kimi qeyri-hökumət təşkilatları bəyanatla çıxış etmişdilər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar