Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya erməniləri məyus etdi

Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində ermənilərin keçirmək istədikləri yürüş-mitinqinə icazə verilməyib.

Ahlen və Hamm şəhərlərində yaşayan ermənilər noyabrın ikisində yürüş-mitinqi keçirmək üçün şəhər rəhbərliyinə müraciət ediblər. Lakin Ahlen və Hamm şəhərlərinin bələdiyyələri ermənilərin yürüş-mitinqinə icazə verməyib.

Əldə etdiyimiz məlumatda deyilir ki, ermənilərin yürüş-mitinqinə icazə verilməməsinin əsas səbəbi onların seçdiyi marşrut olub. Belə ki, onlar şəhər rəhbərliyindən icazə almaq üçün etdikləri müraciətdə qeyd ediblər ki, Ahlen və Hammda toplanış məntəqəsində mitinq keçirdikdən sonra avtomobilləri ilə iki şəhəri birləşdirən yolda avtoyürüş etmək istəyirlər.

Hər iki şəhərin rəhbərliyi ermənilərin Hamburqda avtobanın bağlanması və on minlərlə insanın işinə gecikməsi ilə nəticələnən aksiyanı misal çəkərək oxşar yürüşə şəhərlərində icazə vermədiklərini bildiriblər.

Məlumat üçün bildirək ki, Ahlen şəhəri əhalisinin sayına görə, Türkiyə vətəndaşlarının ən çox yaşadığı Almaniya şəhəridir. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar