Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alman mediası Azərbaycan futbolçularının qiymətini açıqladı - Foto

Azərbaycanın ən yaxşı futbolçularının bazar qiyməti nə qədərdir?

Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda "Arsenal" ilə "Çelsi" futbol klubları arasında keçən final oyunu ilə bağlı Qərb mediasında gedən yazılar, xüsusən "Arsenal"ın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya gəlməkdən imtina etməsindən istifadə edərək Britaniya mediasında anti-Azərbaycan kampaniyasına start verilməsi bir daha sübut etdi ki, futbol son dərəcə önəmli sahədir və bu sektorda nəyin bahasına olursa olsun söz sahibi olmaq lazımdır. O da aydındır ki, futbolda ciddi uğur qazanmaq üçün bu işə sərmayə qoymaq gərəkdir. Aşağıdakı statistik məlumatlar özlüyündə çox şey deyir

Azərbaycanın ən yaxşı futbolçularının bazar qiyməti nə qədərdir? Təəssüf ki, bizdə belə məlumatlar bir qayda olaraq xəsisliklə verilir. Ancaq Qərb mətbuatından səhih bilgilər əldə etmək olar. Almaniyanin əsasən futbol üzrə ixtisaslaşmış "transfermarkt.de" saytında əksər ölkə futbolçularının bazar dəyəri verilib. Orada Azərbaycan da var.

Musavat.com bildirir ki, Azərbaycanda oynayan ən bahalı oyunçusu Braziliya əsilli 30 yaşlı yarımmüdafiəçi Ricard Ameydadır. Onun bazar dəyəri 1.6 milyon avrodur. 30 yaşlı Rusiya əsilli Maksim Medvedev müdafiəçidir. Onun bazar dəyəri 1.3 milyon avrodur. 28 yaşlı müdafiəçi Bədavi Hüseynov da Rusiya əsillidir. 22 yaşlı Mahir Mədətov hücumçudur. Hər ikisinin bazar dəyəri 1.2 milyon avrodur. 27 yaşlı yarımmüdafiəçi Qara Qarayevin bazar dəyəri isə 1 milyon avrodur. Qeyd etdiyimiz oyunçuların hamısı Ağdamın "Qarabağ" futbol klubunu təmsil edir.

23 yaşlı Rusiya vətəndaşı Ramil Şeydayev də bir müddət "Qarabağ"da oynayıb. 2018-ci ilin avqust ayından isə Rusiyanın "Krilya Sovetov" klubuna transfer olub. Hücumçu olan bu oyunçunun bazar dəyəri 1 milyon avrodur.

Digər futbolçularımızın bazar dəyəri isə 1 milyon avrodan aşağıdır. Aydındır ki, klublara maliyyə dəstəyi vermək lazımdır. O da sirr deyil ki, Azərbaycanda var-dövləti başından aşan adamlar çoxdur. Ancaq onlar futbola sərmayə yatırmağa maraq göstərmirlər.

Avropanın öndə gedən futbol klublarında gedən proseslər isə sübut edir ki, futbol biznes üçün ən perspektivli sahədir və bu sahəyə pul qoymağa dəyər.

Təqdim edəcəyimiz linkdə digər Azərbaycanlı futbolçuların da bazar qiymətləri ilə tanış ola bilərsiz.

https://www.transfermarkt.at/spieler-statistik/wertvollstespieler/marktwertetop/mw/land_id/13

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar