Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi

2016-cı ildə Qarabağ uğrunda aprel döyüşləri Ermənistanın Qarabağ klanının çökməsinə və Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına səbəb olub

“Vestnik Kavkaza” saytı xəbər verir ki, bu barədə Berlində yerləşən Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin (ZOIS) politoloqu Nadya Duqlas post-sovet məkanı üzrə ixtisaslaşmış jurnalist Silvia Şteberə Ermənistanda “məxməri inqilab”la bağlı müsahibəsində deyib.

"Məxməri inqilab"ın nəticələri və perspektivləri barədə danışan Nadya Duqlas həmçinin əmin olduğunu bildirib ki, bu dəyişiklik Yerevanın xarici siyasətini dəyişməyəcək. Politoloq vurğulayıb ki, Paşinyan hökuməti üçün Azərbaycanla münasibətlərin normallaşmasına nail olmaq çox vacibdir.

"İctimai rəy sorğularından bəlli olur ki, Ermənistan əhalisi sosial-iqtisadi problemlərdən sonra ən kəskin problem kimi Dağlıq Qarabağ münaqişəsini göstərir, hansı ki, sabitlik və ölkənin təhlükəsizliyi üçün təhdiddir. Gürcüstanda və ya Moldovada olan digər regional münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş deyil və bunu Ermənistanın bütün vətəndaşları anlayırlar", - ZOIS politoloqu deyib.

Politoloq qeyd edib ki, 2016-cı ildə Azərbaycan göstərdi ki, zəbt olunmuş əraziləri azad etmək iqtidarındadır. Ermənistanda hökumətə qarşı böyük narazılıq yarandı, hökuməti əraziləri qorumamaqda və Rusiya silahının Azərbaycana gətirilməsinin qarşısını almamaqda ittiham etdilər. Hiddət doğuran məqam həm də korrupsiya ilə bağlı idi – əsgərlər effektiv döyüş aparmaq üçün kifayət qədər yaxşı təchiz olunmamışdılar. Və bu hadisələr sonda hökumətə etibarın itməsinə və cəmiyyətin narazılığının güclənməsinə gətirib çıxardı. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar