Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alman avtomobili, rus qazı və qloballaşma - ABŞ-ın “İqtisadi Təhdid” paketində nələr var?

Alman avtomobili və rus qazı ABŞ-ın Ticarət Müharibələri çərçivəsində radarına düşüb

Cüneyt Başaran
“Habertürk” saytı, Türkiyə.

Avtomobil sektoru alman iqtisadiyyatının məhək daşıdır. Almaniya 2017-ci ildə 16,4 milyon maşın istehsal edib. Bütün sektorda 480 min işçi var.

Almaniyanın 1 ildə istehsal etdiyi maşınların sayı İspaniya, İngiltərə və Fransanın istehsal etdiyi bütün maşınların cəminə bərabərdir. 2017-ci ildə Almaniyada istehsal olunan maşınların 30%-i, yəni 5,6 milyonu avtomobildir.

Almaniyanın ümumi avtomobil bazarının həcmi isə 426 milyard dollar olaraq hesablanır. Bu rəqəmin 150 milyard dolları daxili bazarda edilən satışlardan, 276 milyardı isə ixracatdan əldə edilir.

İstehsal olunan avtomobillərin 78%-i, yəni 4,4 milyonu ixrac edilir. Almaniyada avtomobil bazarının etdiyi ixracatın miqdarı ölkənin bütün ixracatının 16%-ni təşkil edir. Ən böyük ixracat bazarları 32 milyard dollarla ABŞ, 31 milyardla İngiltərə və 25 milyardla Çindir.

Məncə, “Almaniya və avtomobil” cütlüyünün önəmini izah edə bilirəm.

İndi isə gələk ABŞ-ın Ticarət Müharibələri çərçivəsində radarına düşən alman avtomobillərinə vergi gətirilməsi məsələsinə...

Əslində vergi məsələsi təkcə alman avtomobilləri üçün nəzərdə tutulmur. ABŞ prezidenti Tramp alman, yapon və Cənubi Koreya istehsalı olan avtomobillər üçün də 20% vergi gətirməklə təhdid edir.

ABŞ-da satılan avtomobillərin 39%-i yapon, 7,8%-i alman və 7,4%-i də Cənubi Koreya istehsalıdır. ABŞ markaları (GM, Ford, Tesla) isə bazarın, demək olar, 35%-nə sahibdir.

Bu baxımdan yanaşsaq, alman avtomobillərinin ABŞ bazarına hakim olduğunu deyə bilmərik.

Məsələ də buna görə qəlizləşir...

ABŞ illik 350 milyard dollarlıq ticarət kəsri verdiyi Çini ticarətdə blokadaya salıb. Çinin 250 milyard dollarlıq ixracatına, 10-20% arası vergi qoyub və yenə də tez-tez təhdid edir. Digər tərəfdən, texnologiya nəhəngi Huawei nümunəsində olduğu kimi, Çinin 2023-cü il hədəflərinə çatmaması üçün qlobal səviyyədə də yeni bir blokada başladılır.

ABŞ-ın nəzarətdə saxlamaq istədiyi digər ölkə isə Rusiyadır.

Məlumdur ki, Rusiya artıq neçə vaxtdır ki, ABŞ-ın iqtisadi blokadalarına və sanksiyalarına məruz qalır. 3 il əvvəl həm neftin qiymətinin aşağı düşməsi, həm də blokadaların təsiri ilə 2%-ə qədər düşən rus iqtisadiyyatı, görünür, ən pis vəziyyəti geridə qoyub.

Lakin blokadalar hələ də qüvvədədir. Qərb dünyasının Rusiya iqtisadiyyatına borclanması hələ mümkün deyil, amma rus iqtisadiyyatı yenidən təxminən 1,5%-ə qədər yüksəlib və 100 milyard dollardan çox cari artım verə bilib.

Almaniyanın ABŞ-ın gözündəki yeri tam olaraq bu nöqtədə bəlli olur.

Rusiya ixracatının 2/3-i, büdcəsindəki gəlirlərin 50%-i enerji (neft və təbii qaz) satışından gəlir. Rusiyanın əsas qaz ixracatçısı olan Qazpromun verdiyi məlumata görə, 2018-ci ildə Avropaya olan ümumi təbii qaz satışı 205 milyard m3 olmuşdur. Bunun təxminən 55 milyard m3-ü Almaniyaya ixrac olunur. Bu qazın da 27,5 milyard m3-ü “Şimal Axını” Boru Xətti vasitəsilə gəlir.

2019-da bitməsi nəzərdə tutulan “Şimal Axını-2” boru xətti qüvvəyə mindikdə Almaniya Rusiyadan aldığı qazı 2 qatına çıxara biləcək. Bir qismindən istifadə edib, qalanını da Mərkəzi Avropa ölkələrinə satmağı planlaşdırır.

ABŞ-ın Almaniyaya yönəltdiyi tənqidlər və alman avtomobillərinə vergi qoyulması məsələsi də, əslində “rus qazının Avropa bazarındakı satışına vasitəçi olmaq” kateqoriyasından gəlir.

Alman sənayesinin məhək daşı olan avtomobil sektorunun ABŞ bazarına 20%-lik vergi ilə daxil olmasının əsas səbəbi, çox güman ki, Almaniya və Rusiya arasında artan qaz ticarətinin olmasıdır.

Yazını burada bitirərkən özümüzə bu sualları verək:

Tramp Çin ilə uzun və yorucu bir sövdələşmə aparıb istədiyini alsa, Almaniya üzərində də bənzər strategiya apararmı?

Əgər bu metod yaxşı olsa, digər dünya ölkələri ABŞ qarşısında necə bir necə bir əks strategiya yarada bilər?

20 il əvvəl “Qloballaşaq, gömrük divarlarını yıxaq“ şüarlarından, bu günkü “İqtisadi Təhdid” paketlərinə sürətli bir keçid edən qlobal iqtisadiyyatda bizi sabah nələr gözləyir?

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar