Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alma emalı müəssisələri yaradılır - Foto

Yaradılan müəssisələr məhsul satışındakı çətinlikləri aradan qaldıracaq

Artıq super intensiv bağların salınması ənənəvi bağların zamanla səmərə verməməsinə səbəb olub.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, Qubada uzun illərdir almaçılıqla məşğul olan fermerlər satışla bağlı çətinliklər çəkirlər.

Satılmayan məhsul ya çaylara tökülür, ya da bağlarda məhv olur.

Problemin həlli ilə bağlı isə regionda meyvə emalı müəssisələri yaradılır. Alma məhsulundan ilk dəfə çipsi hazırlanaraq xarici bazara göndərilir.

Mütəxəssislər meyvə emalı müəssisələrinin yaradılmasının müsbət nəticələr verəcəyini deyirlər. Yaradılan müəssisələr də alma ilə yanaşı, digər məhsulların da satışındakı çətinlikləri aradan qaldıracaq.

Artıq Qubada meyvə emalı müəssisələrinin sayı artıb. Xüsusən ikinci və üçüncü növ meyvələri alan müəssisələr müxtəlif məhsullar istehsal edərək ölkədaxili ilə yanaşı xarici bazara da məhsul göndərirlər. “Made in Azerbaijan” brendi ilə satışa göndərilən məhsullar ölkənin xaricdə tanınması baxımından əhəmiyyətlidir.

Mütəxəssislər emal müəssisələrinin çox olmasının rəqabət mühiti yaradaraq təsərrüfatçılardan daha yaxşı qiymətlə məhsul almağa şərait yaradacağını deyirlər.

pia.az

 

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar