Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Allahşükür Paşazadə: “Qarabağdakı bütün dini məbədlərimiz bərpa olunacaq”

Ali Baş Komandan İlham Əliyevin Kəbə ziyarətindən gətirdiyi Quranı Ağdam məscidinə hədiyyə etməsi dualarımızın yerinə yetməsinin əyani sübutudur.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan Ramazan bayramı namazı mərasimində deyib.

O bildirib ki, Prezident İlham Əliyev Şuşa, Ağdam, Zəngilanı ziyarət edib:

“Xüsusən Ağdamı ziyarət etdikdə Ağdam məscidinə Quran hədiyyə etdi. Biz Prezident və ailəsi ilə bərabər Kəbə ziyarətində olarkən birgə dua etdik. Dua etdik ki, tezliklə Azərbaycanın işğal altında olan torpaqları azad olunsun. Ziyarətin sonunda oradan Quran götürdük. Biz hər zaman dua etməliyik.

İnanıram ki, Qarabağ torpağında olan bütün dini məbədlərimiz bərpa olunacaq. Ölkə başçımız bu istiqamətdə tapşırıqlarını verib. Artıq Zəngilanda məscidin bərpasına başlanılıb, ötən gün Şuşa şəhərində isə böyük bir məscidin inşası ilə bağlı ilk addım atılıb. Bu, böyük müvəffəqiyyətdir”.

“Ağ Şəhərdə açılan Hərbi Qənimətlər Parkı gələcək nəsillər üçün qorunmalıdır, tarixdə bu gün qeyd edilməlidir. Bu, bizim birliyimizin nümunəsidir”, - deyə Allahşükür Paşazadə qeyd edib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar