Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Allahşükür Paşazadə Küveytə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də Küveytə səfər edəcək

QMİ-dən verilən məlumata görə, səfər BMT Baş katibinin xüsusi məsləhətçisi, İslam Xeyriyyəçilik Təşkilatının Direktorlar Şurasının sədri Abdallah Əl-Mətuqun şəxsi dəvəti əsasında həyata keçirilir.

Səfərdə məqsəd Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl Sabahın himayəsi ilə keçirilən “Humanitar aksiyaların keyfiyyətinin artırılması naminə effektiv əməkdaşlıq və informasiya mübadiləsi” mövzusunda sayca səkkizinci konfransda iştirak etməkdir.

Bu dəfəki konfransın mövzusu “Bəşəriyyət aclıq əleyhinə səfərbər olsun” mövzusudur. Bu mövzu ötən ilin fevralında Vaşinqtonda “Müsəlman cəmiyyətlərində sülh naminə forum” tərəfindən keçirilən tədbirdə İslam Xeyriyyəçilik Təşkilatının Direktorlar Şurasının sədri Abdallah Əl-Mətuq tərəfindən irəli sürülüb. BMT Baş katibinin xüsusi məsləhətçisi statusuna malik İslam xeyriyyəçisi A.Əl-Mətuq “Milyon acın doydurulması” humanitar aksiyasına çağırış edib.

Noyabrın 26-da keçiriləcək konfransda A.Paşazadə məruzə ilə çıxış edəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar