Çərşənbə axşamı, 07 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Alimpaşa Məmmədov davranışı ilə rayon əhalisindən qisas alır?!

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olması hamıya məlumdur...

Amma bu, çoxlarına sirr deyil ki, icra başçısı öz şefinin əleyhinə ifadə verənlərdən biridir. Deyilənə görə, onun hələ də vəzifəsini qoruya bilməsinin əsasə səbəbi də elə budur.

Şəmkirdə rayonun şefi haqda maraqlı fikirlər dolaşır. Məsələn, deyirlər ki, Alimpaşa Məmmədov hələ Vergilər Nazirliyində çalışarkən nazir Fazil Məmmədovun “vuran əli” sayılıb. O, SalyanŞəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb.

Ancaq Fazil Məmmədov yenə ona sahib çıxaraq, daha yüksək vəzifəyə - Nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edib. Bir müddət burada işlədikdən sonra Sabael Vergi İdarəsinə rəis təyin edilib. Burada yenidən “ilişib”, iri ranqlı məmurların müəssisələrini təkrar-təkrar yoxladığına görə “yuxarılar”ın qəzəbinə tuş gəlib və nazir bu dəfə dostunu müdafiə edə bilməyib, onu vergi orqanlarından qovmağa məcbur olub.

Bir müddət işsiz qaldıqdan sonra Fazil Məmmədov yenidən onu “reabilitasiya” edə bilib və 2 saylı Ərazi Vergilər İdarəsinə (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir – müəl.) rəis təyin edib. Burada “reabilitasiya” olunduqdan sonra isə, yetərincə strateji və “rentabelli” “bir posta - Bakı şəhər Vergilər Departamentinə rəis göndərib. Ölkədə yığılan vergilərin 83% faizinin paytaxda toplandığını nəzərə alsaq, izafi şərhə ehtiyac qalmaz.

Burada zəruri bir arayışa ehtiyyac var. İddia olunur ki, Alimpaşa Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinin Sumqayıtda sahibkarlara sözün həqiqi mənasında divan tutub. İş adamları üçün müəyyən edilən “haqq” hesablanmış vergilərdən bir neçə dəfə çox olub. Buna görə də o, “sahibkarların qənimi” təxəllüsünü qazanıb. Görünür, onun paytaxt Vergi İdarəsinin başına gətirilməsi də sabiq nazirin düşünülmüş planı olmuşdur...

Bu deyilənləri sadalamaqda məqsədim odur ki, Alimpaşa müəllim hansı vəzifəyə təyin olunubsa, onun bir amalı, bir məqsədi olub - dağıtmaq, talamaq və s. Şəmkirdə də o, öz şakərindən əl çəkməyib.

Mənə elə gəlir ki, vaxtı ilə Aslan Aslanov onu rayondan qovduğu üçün, o, Şəmkir əhalisindən qisas alır və rayonu xarabalığa çevirmək istəyir. Belə olmasaydı, Şəmkir stadionunu dağıtmaz, kəhrizin qurumasına imkan verməz, Aqro-Promun möhkəm binasını dağıtdırıb yerini satmazdı və s. və ilaxır.

Haşiyə: Ölkə başçısı İlham Əliyev fevralın 03-də “Azərbaycan Respublikası regionlarının 2019-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zaman qeyd edib ki, Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır: “Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxmışdır. O təhlil mənə veriləndə, sözün düzü, çox dəhşətə gəldim, ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 (bir) milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə ciblərinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi”.

Çox təəssüflər olsun ki, prezidentinin bu təşəbbüsündən, bu tövsiyyəsindən və göstərişindən regionlarda yerli “paşalar”ın bəziləri müsbət nəticə çıxartmır və “burda mənəm, bağdatda kor xəlifə” metodu ilə rayonlara rəhbərlik edirlər. Son vaxtlar bir neçə rayonun İH başçılarının həbs olunması da bu idarəçilik metodunun düz olmadığını göstərir.

Bütün deyilənlərdən belə nəticə çıxarmaq olar ki, Alimpaşa müəllim Şəmkiri abadlaşdırmağa, inkişaf etdirməyə gəlməyib. Onun üçün gəlib ki, şəxsi biznesini qursun və qərəzli olaraq qisas almaq üçün rayonu dağıtsın.

Strateji əhəmiyyətli Şəmkiri və onun 200 mindən çox əhalisinin taleyini nə vaxta kimi qisasçı məmura – Alimpaşa Məmmədova etibar etmək olar?

Əlbəttə, Şəmkir rayonunun və əhalisinin bu vəziyyətə düşməsinin baiskarı sabiq Vergilər Naziri Fazil Məmmədovdur. Ona görə ki, Alimpaşa Məmmədovu Şəmkirə İH-nin başçısı təyin etdirəndə Prezident Aparatında ona musiqi sədaları altında bəy tərifi deyib.

Ölkə başçısı İlham Əliyevin fevralın 3-də konfransda çıxışı zamanı etdiyi etirafdan məlum olur ki, hər il 1 (bir) milyard manatdan çox olan vəsaiti vergilər naziri büdcədən gizlədib. Ona görə də 17 il vergilər naziri olmuş Fazil Məmmədov və Şəmkirdə “at oynadan” Alimpaşa müəllim mütləq qanun qarşısında cavab verməlidir...(hurriyyet.org)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

190 manat pulu almaq istəyənlərin nəzərinə - Qaydalarla tanış olun

Putinin KQB-dəki tələbə yoldaşından koronavirusla bağlı şok açıqlama – 19 oktyabr 2019-da Uxanda nə baş verib?

Nuşirəvan Məhərrəmli vəzifədən alındı - Yeni seçim

Məşədi İbadın hambalı hansı tanınmış aktrisa ilə sevgiliymiş - Foto

"Ramiz Mehdiyev uduzduğu kimi eyni aqibəti siz də yaşayacaqsınız "- Aslan İsmayılov

Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı açıqladı - Video

Türkiyədə bu gündən maska satışı qadağan edilir

Koronovirusu hazırlayıb Çinə satan alim həbs edildi

“Aletlər kəndi”ndə etiraz - Karantində olanlar ağır əşyaları pəncərələrdən yerə atdılar- Video

Bu tarixdə Koronavirus pandemiyasının pik nöqtəsi olacaq

“Prezidentə uzun illər doğru-dürüst məlumatlar verilməyib”- Deputat

Bu həftə dövlət muzdlu işçilərə ödənişə başlayır

loading...

Ən çox oxunanalar