Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər koronavirusun çoxalmasının qarşısını almağın yolunu tapıb

Molekulyar bioloqlar insan və siçan hüceyrələrində müxtəlif növ koronavirusların hissəcikləri ilə birləşə və onların çoxalmalarını ləngidə bilən mikro RNT molekulu kəşf ediblər.

PİA.az deyerler.org-a istinadən bildirir ki, bu barədə "PeerJ" adlı elmi jurnalda dərc olunan məqalədə deyilir.

Alimlər miR-21-3p mikro RNT-nin inslarda qeydə alınmış koronavirusun bütün növlərinə birləşmək baxımından böyük potensiala sahib olduğunu aşkar ediblər. Virusun bu molekuldan aktiv immun reaksiyanı təxirə salmaq üçün yoluxmanın ilkin mərhələsində çoxalmanı yavaşlatmaq məqsədilə istifadə etdiyi ehtimal olunur.

İnsanların və bütün digər canlıların hüceyrələri çox sayda qısa RNT sapları yaradır. Onlar "RNK matrisi" - hüceyrələrin zülallar yaratmaq üçün şablon kimi istifadə etdikləri DNT-nin bu hissəsinin bir növ "işlək nüsxələri" ilə bağlanaraq bu və ya digər genin fəaliyyətini çevik şəkildə idarə edirlər.

Tədqiqatçılar bu cür mikro RNT molekullarının süni nüsxələrini təcrübələrdə fəal şəkildə istifadə edirlər, çünki onlardan xərçəng və digər xəstəliklərə qarşı mübarizə yollarından biri kimi istifadə edilə biləcəyini düşünürlər. Bundan əlavə, bu yaxınlarda Koreya alimləri koronavirus genomunun əsas hissələrinə bağlana bilən qısa RNT sapları dəsti yaradaraq koronavirusun çoxalmasının qarşısını ala biliblər.

Bioloqlar bu tip kəşf edilmiş molekulların SARS-CoV-2 və digər koronaviruslarla, o cümlədən soyuqdəymə və atipik pnevmoniya yaradan koronavirusla necə qarşılıqlı əlaqədə olacağını təhlil ediblər. Məlum olub ki, dörd mikro RNT ailəsi bilinən bütün insan koronaviruslarına bağlana bilər. Atipik pnevmoniyaya yoluxmuş siçanların orqanizmində onların qarşılıqlı təsir xarakterlərini öyrənən bioloqlar bu molekullardan birinin - miR-21-3p-nin konsentrasiyasının xəstə gəmiricilərin ağciyər hüceyrələrində normadan səkkiz dəfə çox olduğunu aşkar ediblər.

pia.az


Etiket: koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar