Bazar ertəsi, 23 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Alimlər istiotun koronavirusa təsirini kəşf etdi

Qara istiotda koronavirusun fəaliyyətinə maneə törədən maddə var.

Hindistan Texnologiya İnstitutunun alimləri bu qənaətə gəlib. Tədqiqatın nəticəsi "Taylor & Francis Online" elmi saytında dərc edilib. Mütəxəssislər istiotun və insan orqanizminə nüfuz etməsindən məsul olan SARS CoV-2-nin iki hissəsinin qarşılıqlı təsirini modelləşdirib. Araşdırma nəticəsində infeksiyanın aktivliyinin yatırıldığı ortaya çıxıb.

Qara istiotda olan piperin ədviyyatın kəskinliyindən və ətrindən məsuldur. Onun miqdarı müxtəlif ədviyyat növlərində fərqlənir. Şri-Lankadan gələn istiotun tərkibində 15 % piperin var, Vyetnam, Hindistan və Malayziya istiotunda isə 2-7 faiz təşkil edir. Bundan əlavə, bu birləşmənin qeyri-sabit olduğu qeyd olunur, odur ki, üyüdülmüş istiotda kifayət qədər olmaya bilər.

Lobaçevski Universitetinin Biologiya və Biotibb İnstitutunun direktoru Mariya Vedunovanın sözlərinə görə, qara və qırmızı istiot antibakterial və immunostimulyasiya xüsusiyyətlərinə malik heterogen komponentlərin sayına görə rekordçulardan biridir. Ədviyyat iltihab reaksiyalarını "boğaraq" elementləri və vitaminləri daha yaxşı mənimsəməyə kömək edir.

"İstiotun xüsusiyyətləri bir çox cəhətdən tərkibindəki birləşmələrin viral hissəciklər və bakteriyalarla birbaşa qarşılıqlı əlaqəsi ilə deyil, bədənin qoruyucu xüsusiyyətlərinin stimullaşdırılması ilə əlaqələndirilir", - mütəxəssis "İzvestiya"ya açıqlamasında bildirib.

Vedunova mədə-bağırsaq xəstəlikləri, hipertoniya və əlbəttə ki, allergiyası olanlara istiotla ehtiyatlı davranmağı tövsiyə edib. Həm də ədviyyat beş yaşdan kiçik uşaqlara məsləhət görülmür. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

FHN işçiləri gəldi, xalq artisti evində yıxılı vəziyyətdə tapıldı...

Putin və Makronun qəfil və şübhəli birliyinin arxasındakı plan - Qarabağ gizlinləri

Ordumuz şəhid verdi, bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı Xədicəyə yardım ayırdı

Silahlı keşişin xahişi: Kəlbəcərdə saxlanılan post

Lavrov və Şoyqunun Ermənistana səfərindən sonra Putinin Qarabağ açıqlamasının pərdəarxasında nələr var?

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

Kreml Qarabağdakı missiyasına aydınlıq gətirməlidir: Sülh yaradır, yoxsa separatizmi qoruyur?

Azərbaycan bayrağı Ağdamda Şahbulaq qalasına sancıldı - Video

loading...

Ən çox oxunanalar