Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alim istefa verdi və universiteti rüsvay etdi – İttiham

Xəzər Universitetində fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub universitetin ona verdiyi məvacibə etiraz əlaməti olaraq bir müddət öncə istefa verib

İstefasına Mail Yaqub sosial şəbəkə hesabında aydınlıq gətirib.

Xəzər Universitetində illik təhsilhaqqı ixtisasdan asılı olaraq, ortalama 4000-4500 arasında dəyişir. Ödənişin ödənilməsində isə tələbəyə hər hansı güzəşt edilmir.

Mail Yaqubun açıqlaması isə növbəti bir məsələyə aydınlıq gətirib. Belə ki, təqribən 40 nəfərlik auditoriyaya həftədə 2 dəfə 90 dəqiqə dərs deyən müəllimə bir qrup qarşılığında 160 manat məvacib yazılır. Auditoriyada çox tələbənin olması dərsin keyfiyyətini azaltsa da, demək olar ki, son illər tələbələr qruplara bölünmür (ingilis dili dərsləri istisna olmaqla). Əvvəlcə haqqını rəhbərlikdən tələb edən Mail Yaqub daha sonra etiraz əlaməti olaraq işdən ayrılıb.

“Hər il tələbələrindən fantastik məbləğdə pul yığıb fədakar müəllimlərinə qəpik-quruş əmək haqqı verməklə onları təhqir edən, tələbə və müəllimlərinin fikrinə zərrə qədər də dəyər verməyən universitetin adına Xəzər Universiteti deyilir. Ölkədə geniş miqyasda islahat gedərkən bu universitet özünü uzaq bir ada zənn edir, min bir əzabla çalışan müəlliminə 160 manat əmək haqqı yazır”, - M.Yaqub qeyd edib. (Axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar