Çərşənbə axşamı, 21 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü fəaliyyət göstərir - Nazir

Bunu Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbə Könüllülərinin Forumunda deyib...

Müasir dünyada peşələrin və ixtisasların çox tez dəyişdiyi, süni intellektin, innovasiyaların həyatımıza siraət etdiyi bir dövrdə gənclər maraqlarımıza uyğun peşələrin seçilməsini, həmin peşələr üzrə yüksəkixtisaslı, beynəlxalq səviyyədə rəqabət qabiliyyətli mütəxəssis olmalarını özləri üçün vacib vəzifə kimi müəyyən etməlidir.

Sadalanan məsələlər gənclər üçün əsas prioritetlər olmalıdır.

C.Bayramov bildirib ki, Azərbaycanı gənclər ölkəsi adlandırmaq olar. Çünki hazırda ölkə əhalisinin təxminən 50 faizi yaşı 30-dək olan şəxslərdir.

Nazir əlavə edib ki, ölkədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti uğurla həyata keçirilir: "Könüllülük hərəkatı gənclərin perspektivi üçün yol açır. Könüllülük hərəkatına vaxtilə müəllimlər də qatılıb. Onlar savadsızlığın ləğvi üçün kütləvi şəkildə iş aparıblar".

C.Bayramov əlavə edib ki, hazırda dünyada 1 milyona yaxın insan könüllülük hərəkatına qoşulub. Dünyada hər 7 nəfərdən biri könülllüdür.

Azərbaycanda da könüllülüyün son illərdə geniş vüsət aldığını deyən C.Bayramov qeyd edib ki, bu hərəkat ilbəil genişlənir. Azərbaycanın 11 regionundakı ali və orta ixtisas məktəblərində 23 mindən artıq könüllü var.

Nazir hər bir gəncin könüllülüyü həyat kredosuna çevirməsini də mühüm amil sayıb. (Trend)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar