Cümə, 22 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ali məktəblərin böyük auditoriyalarında mühazirələr onlayn keçirilə bilər

"Pandemiyanın davam etdiyini nəzərə alaraq ali təhsil müəssisələrinin böyük auditoriyalarında çox sayda tələbənin oturmasının əleyhinəyik. Biz aidiyyəti ali məktəblərin təklif verməsini gözləyirik. Alternativlər universitet rəhbərlikləri ilə müzakirə olunur".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elmi, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Şöbə müdirinin sözlərinə görə, təkliflər təxminən ondan ibarətdir ki, mühazirə dərslərində auditoriyada tələbələrin sayı çoxdursa bu halda həmin dərslər onlayn keçirilsin: "Yaxud da bir çox universitetlər təklif edir ki, təhsil növbəli şəkildə olsun. Onlar hesab edir ki, auditoriyada böyük kütlənin toplanmasının qarşısı alınacaq. Ona görə də bu işi böyük ehtimalla, Təhsil Nazirliyi ilə razılaşdırmaq şərti ilə universitetlərin öz öhdəsinə buraxacağıq ki, təklif etdikləri həll yollarını icra etsinlər".

O həmçinin xatırladıb ki, ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədrisin təşkili qaydaları ilə bağlı yaxın günlərdə Nazirlər Kabinetinin mövcud "Xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı" qərarına dəyişikliyin qəbul edilməsi gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Prezident Administrasiyasının əməkdaşı vəfat etdi

Xalq artistinin bacısı koronavirusdan öldü - Foto

Bakıda böyük əməliyyat keçirildi: 48 nəfər saxlanıldı

İki ŞOK bir arada: Əli İnsanovun partiyasını qeydiyyata aldılar və AzTV onu təbliğ etdi

Xankəndi boşalır – Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

Putin: “İlham Əliyev Qarabağ məsələsində müdriklik nümayiş etdirdi”

“Kayrat” komandası qəza ilə bağlı açıqlama yayıb - Yenilənib

Kürdəmirin sabiq başçısına hökm oxundu - 8 il 6 ay

İran maşınları Azərbaycan ərazisindən keçəcək – Köçəryan

Ən çox oxunanalar