Bazar, 19 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ali məktəblərimiz diplom vermək üçün deyil, kadr yetişdirmək naminə islahatlara nə zaman başlayacaqlar?

2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul yeni təsnifat əsasında aparılacaq...

Təhsil eksperti: “Hansı fənlərin sıradan çıxacağını bir-bir saymıram. O fənlər ki, faydasız informasiyalarla beyni doldurur onlar olmayacaq”.

“Elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov 2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbulun yeni təsnifatda aparılmasını PİA.az-a şərh edərkən qeyd edib.

Ceyhun Bayramov bildirib ki, 2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul yeni təsnifat əsasında aparılacaq.

Nazir qeyd edib ki, müasir dünyada peşələr və ixtisaslar çox sürətlə dəyişir: “Bunu nəzərə alaraq, müəyyən vaxtdan bir ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq edilir. 2019-u ilin fevral ayında Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatı təsdiq edilib. Hazırda ali təhsil müəssisələri tədris proqramlarını yeniləyir”.

Bayramov bildirib ki, yaradıcı sahələr üzrə ali təhsil müəssisələrini bitirən məzunların 70 faizi qısa müddətdə əmək bazarına daxil olur: “Dünya təcrübəsində yaradıcı istiqamətlərlə bağlı özünüməşğulluq faizi olduqca yüksəkdir. Müxtəlif ölkələrdə bu, 30-60 faiz arasında dəyişir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda sahibkarlıq, biznes etikası ilə bağlı bacarıqların formalaşdırılması vacibdir. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidir”.

Bildiyimiz kimi bu ilin fevral ayında Nazirlər Kabineti ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatını təsdiq edib. Məlumdur ki, bakalavriat səviyyəsində lazımsız ixtisaslar çoxdur. O da məlumdur ki, ölkə universitetlərinin böyük əksəriyyəti yüksək səviyyəli kadr hazırlaya bilmir.

Bəs yeni ixtisasların yaradılmasından bu vəziyyəti dəyişəcək və ali məktəblərdə diplom naminə deyil, kadr yetişdirmək üçün təhsil platformasının ortaya çıxmasını mümkün hesab etmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovla müzakirə edib.

Kamran Əsədov: “Tələbələr ancaq kitab oxuyur, əzbərləyirlər ki, imtahan verib canınlarnı qurtarsınlar”.

Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmadığını vurğulayan təhsil eksperti PİA.az-a açıqlamasında bildirib ki, min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür:

“İlk növbədə qeyd edim ki, 2018-ci Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” kimi yeni ixtisaslar yaradılıb.

Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır.

Elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır.

Etiraf edək ki, dövrümüz çox sürətlə dəyişir. Min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür. Yəni, hazırda dekabr ayını yaşayırıq, amma yanvarda elə güclü ixtira ola bilər ki, o bəşəriyyəti tamamilə dəyişsin. Məsələn, indi telefonlardan fotoaparat kimi istifadə edə bilərik. Amma 150 il foto sənayedə “Kodak”, “Alfa” firmaları hegemon idi; lentli fotoaparatlar istehsal edirdilər. Amma son 10 ildə onların hamısı sıradan çıxdı, çünki rəqəmsal fotaparatlar yarandı. Bu baxımdan gələcəkdə Azərbaycanda da hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq. Bu prosesi izləyən biri kimi deyim ki, 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Məsələn, mən güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq. Əslində, avtomobil olmayacaq, 4 təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə şoferə ehtiyac qalmayacaq. Proqram olacaq, qoşacıq maşın özü bizi aparacaq.

Kamran Əsədov: “50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik”.

“Asan xidmət” çox şeyi dəyişdi. Onun kimi informasiya kommunikasiya sına dayanan yeni xidmətlər əmələ gələcək. Yaxın zamnlarda bütün sahələrdə elektron hökümət olacaq ki, məmura çox da ehtiyac qalmayacaq.

Amma burda yeni bir problem ortaya çıxacaq. Problem də budur ki, nəyi öyrətmək lazımdır?

Hesab edirəm ki, cəmiyyətdə hər şey dəyişirsə, dəyərlər də dəyişir. Təhsilin də əsas məqsədi müəyyən dəyərləri gənclərə öyrətməkdir. Dəyərlər necə olacaqsa, hansı biliklərə ehtiyac yaranacaqsa, ali məktəblərdə o fənləri tədris edəcəklər. İxtisaslar sıradan çıxmayacaq, biri digərinin içərisində əriyəcək. Fizika və kimya fakültəsi var, gələcəkdə Fizkimya, Biofizika fakültəsi ola bilər. Fənlərarası, sahələrarası oblastlar dirənmir. Onlar inkişaf edir. Fizika dirənə bilər, amma fiziki kimya, fiziki biologiya dirənə bilməz. Hətta ekonom-fizika adlı yeni sahəyaranıb. Fizika hara ekonomika hara, amma birləşiblər. Gələcəkdə kənd təsərrüfatında mütərəqqi texnologiyalar olacaq. Orda əhalini qorxudan şey yoxdur. Dediyim kimi bir insan ömründə 5 dəfə ixtisas dəyişməlidir. Yeni ixtisasları zaman özü diktə edəcək. Fakültələrdə tədris olunacaq fənlər, proqramlar dəyişəcək.

Dünyada gedən qlobal prosesləri dərindən təhlil etdikdə o qənaətə gəlmək olar ki, bu fikirlər köhnəlib. 50 il bundan qabaq deyilsəydi, aktual görünərdi. Bir ara insanlar elə hesab edirdilər ki, texniki elmlər həlledici rol oynayır, humanitar sahəyə isə diqqət azalıb, arxa plana keçib. Hətta ortaya suallar çıxırdı ki, fəlsəfə elmdirmi, lazımdır, ya yox? Yeni qloballaşmanın gətirdiyi problemlər onu göstərir ki, beyni artıq informasiya ilə yükləyən elmlər sıradan çıxacaq. Hansılar ki, bir mövzunu öyrənmək üçün saysız-hesabsız nəzəriyyələri qədimdən indiyə kimi öyrədirlər. Bunlar insanın beynini lazımlı və lazımsız informasiyalarla yükləyir. Tələbələr ancaq kitab oxuyur, əzbərləyirlər ki, imtahan verib canınlarnı qurtarsınlar.

Məsələn, “Ustad məktəbi” deyilən bir modelim var. Aşıq Ələsgər ustad yanında şagird olub. Heç bir universitet bitirməyib, amma yüzlərlə universitet qurtarandan savadlıdır. Daha dərindən bildiyi məsələlər var idi. Çünki ustad həmişə şagirdin beynində ən vacib informasiyaları yerləşdirir. Sonra beyin işləyir, özü qalan şeyləri dartıb gətirir. Çində, Yaponiyada qədimdən bu üsul öndə olub. Bunlar doğru strateji yoldur. Yəni prinsip belədir ki, beyində əsas, vacib baza informasiyalarını yerləşdirmək. Qalan şeyləri beyin özü axtarıb tapacaq. Yeni dövr bunu zəruri hesab edir. Buna görə hansı fənlərin sıradan çıxacağını bir-bir saymıram. O fənlər ki, faydasız informasiyalarla beyni doldurur onlar olmayacaq.

Kamran Əsədov: “Yeni qloballaşmanın gətirdiyi problemlər onu göstərir ki, beyni artıq informasiya ilə yükləyən elmlər sıradan çıxacaq”.

Gələcəkdə okeanı, onun dərinliyini, kosmosu, Yer kürəsində insan mühiti, ekoloji məsələləri öyrənəcəyik. Yəni, Yer üzünün xilası və tərəqqisi ilə bağlı elmlər daha öndə olacaq. Ona görə fikir vermək lazımdır ki, NASA hansı problemlərlə məşğul olursa, həmin sahə qabaqdadır. Onların məşğul olduğu istiqamətlər üzrə ölkədə elmi inkişaf etdirmək daha doğru yol olardı. Çünki onlar bu şeyləri hiss edib, qəbul edirlər. Fəlsəfə, sosial elmlərin inkişafı ilə bağlı elmlər çox lazım olacaq.
Bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb, bir çox ixtisaslar ləğv olunub. 15 yanvarda DİM-in çap etdiyi abituriyent 1 jurnalında 174 balakavr pilləsi üzrə ixtisas olsa da, bu gün Nazirlər Kabinetinin təstiq etdiyi “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda 140 ixtisas var ( əlavə 8 ixtisas da Xüsusi təyinatlı ixtisaslardır).

Əlavə edilən, yeni yaradılan bəzi ixtisaslar: (bu ixtisasların bəziləri kolleclərdə var idi, indi bakalavr pilləsində də yaradılıb).

I qrup
1. Biotexnologiya
2. Aerokosmik mühəndislik
3. Aviasiya təhlükəsizliyi mühəndisliyi
4. Elektrik və elektronika mühəndisliyi
5. Energetika mühəndisliyi
6. Hava nəqliyyatının hərəkətinin təşkili
7. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
8. Kommunikasiya sistemləri mühəndisliyi
9. Mədən mühəndisliyi
10. Meliorasiya mühəndisliyi
11. Mexatronika və robototexnika mühəndisliyi
12. Mühəndis fizikası
13. Radiotexnika və telekommunikasiya mühəndisliyi
14. Yerquruluşu və daşınmaz əmlakın kadastrı
15. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)

II qrup

1. Beynəlxalq ticarət və logistika
2. Turizm bələdçiliyi
3. Mühasibat ( uçotu və audit çıxarılıb)
4. Turizm işinin təşkili

III qrup

Kitabxanaçılıq və informasiya fəaliyyəti ( əlavə fəaliyyəti onumub)

IV qrup

1. Baytarlıq təbabəti
2. Zoomühəndislik
3. Fizioterapiya və tibbi reabilitasiya
4. Tibb bacısı işi
5. Hərbi tibb
6. Tibb
7. İctimai səhiyyə

V qrup

1. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
2. Vokal sənəti (sahələr üzrə)”.

Nərminə UMUDLU

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Kamran Əsədov


loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay