Cümə axşamı, 02 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ali məktəblərə qəbul imtahanında daha bir dəyişiklik edildi - Baş Nazirdən qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib...

PİA.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Dəyişiklik Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alınıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan vermələri üçün imatahan müddətinin vaxtı 1 saat 30 dəqiqəyədək artırılıb.

Qeyd edək ki, bundan əvvəl həmin imtahanın davametmə müddəti 45 dəqiqə idi.

Xatırladaq ki, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar. (Report)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Əli Əsədov

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Koronavirus qidalar vasitəsilə insana keçə bilərmi?

Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limit artırıldı

Azərbaycanda dollar satışı məhdudlaşdırıldı? - Rəsmi

ABŞ çalxalanır: Tramp “Dərin dövlət”ə təslim oldu…

Koronavirus fəlakətinin iqtisadi nəticələri - Sabiq nazir şərh edir

“Bizi qarşıda çox dəhşətli günlər gözləyir” – ABŞ prezidenti

Bu ölkələrdə koronavirusun yayılmadığı iddia olunur - Siyahı

Bu hallar da xüsusi rejimin pozulması hesab olunacaq

loading...

Ən çox oxunanalar