Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? - Nazirlikdən açıqlama

"Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət universitetlərə ödəyirdi. Ali təhsil müəssisələri təsərrüfat hesablıdır. Özləri özlərini maliyələşdirirlər".

PİA.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin Audit şöbəsinin müdir əvəzi Elnur Hacıyev deyib:

"İşçilərinin əmək haqqını, professor-müəllim heyətinin əmək haqqı həmin büdcədən formalaşır tələbələrin verdiyi ödənişdən. Əgər tələbələr ödəniş etməzlərsə, o zaman universitetin öz xərclərini qarşılamağı mümkün deyil. Bu baxımdan dövlət ali təhsil müəssisələrində tələbələrin ödənişinin olması mütləqdir".

E.Hacıyev bildirib ki, indiki dövrdə ali təhsil müəssisələrinə dəyən ziyanı dövlət qarşılamalıdır.

"Təhsil müəssisələrində həssas ailə qrupuna aid olan tələbələr də təhsil haqqından azad olundular. Bu cür tələbələrin təhsil haqqını dövlət qarşılayır. Ali təhsil müəssisəsinin ixtiyarı yoxdur ki, təhsil haqqını azaltsın. Təhsil haqqından tam şəkildə məhrum etmək düzgün deyil amma müəyyən qədər azalmalar ola bilər".

E.Hacıyev onu da deyib ki, distant təhsilin qurulması məsələsi var.

"UNEC və digər bir neçə ali təhsil müəssisəsi keyfiyyətli təhsil verə bilir. Başqa universitetlər isə bu xidməti göstərmirlər. Sadəcə olaraq distant təhsili daha keyfiyyətli eləmək üçün, hər bir ali təhsil müəssisəsi bu sahədə işlər görməlidir. Ənənəvi formada dərs keçirilmirsə, distant formada dərs tam düzgün formada təşkil olunmalıdır". (Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar