Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali Məhkəmə mandatını girov Rafael Cəbrayılovla bağlı qərar verdi

Ayrı-ayrı vətəndaşlara 2 milyon manatdan artıq borcu olan keçmiş deputat Rafael Cəbrayılov daha bir məhkəməni uduzub.

PİA.az xəbər verir ki, keçmiş deputatın borclu olduğu şəxslərdən biri – Təranə Fətəliyeva Ali Məhkəmədən də qalib çıxıb. Məlumat üçün deyək ki, Rafael Cəbrayılovun Təranə Fətəliyevaya 300 000 dollar borcu var. Bundan başqa, keçmiş deputatın Məlahət Qurbanova adlı vətəndaşa 580 000 dollar, Xatirə Nəcəfova adlı vətəndaşa 200 000 dollar, Yusif Orucov adlı vətəndaşa 200 000 dollar, Aynur Kazımova adlı vətəndaşa 100 000 dollar, Şəfa Məmmədova adlı vətəndaşa 80 000 dollar, Bəşir Məmmədov adlı vətəndaşa 60 000 dollar və Allahverdi Səfərəliyev adlı vətəndaşa 30 000 dollar borcludur.

Təranə Fətəliyeva daxil adıçəkilən vətəndaşlar həm də Baş Prokuroluğa müraciət ediblər. Onların müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Əldə etdiyimiz məlumata görə, artıq Rafael Cəbrayılovun borclu olduğu şəxslərin ifadələri alınıb.

Başqa bir məlumatda deyilir ki, cinayət işi başlandıqdan sonra Rafael Cəbryaılov əmlakılarını satışa çıxarıb. Ehtimal edilir ki, həbs təhlükəsi ilə üzləşdiyini görən keçmiş deputat nəhayət borclarını qaytarmaq istəyir. Amma bunu Rafael Cəbrayılovun vaxt udmaq cəhdi kimi dəyərləndirənlər də var. Çünki bundan əvvəl də keçmiş deputat borclulara əmlakını satışa çıxarıdığını bildirmişdi.

Əldə etdiyimiz məlumatlarda həmçinin qeyd edilir ki, keçmiş deputata bütün məhkəmə instansiyalarında qalib gələn borc sahibləri onun əmlakına həbs qoyulması məsələsini qaldıra bilərlər.

Xatırladaq ki, Rafael Cəbrayılov borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirib. Olay ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.(Yenisabah.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar