Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aletlər kəndi”ndə etiraz - Karantində olanlar ağır əşyaları pəncərələrdən yerə atdılar- Video

Karantində olan jurnalistin qeydləri...

"Atletlər kəndi"ndə karantində saxlanılan şəxslərin bəzilərinin etiraz etməsinin səbəbi məlum olub. Belə ki, karantində olan bəzi şəxslər müddətin uzadılmasından narazı qalıb.

PİA.az xəbər verir ki, xarici ölkələrdən Azərbaycana gələn vətəndaşların bir hissəsi "Atletlər kəndi"ndə yerləşdirilib. Aprelin 5-də orada olan şəxslərdən bir hissəsi 14 günlük karantin müddəti başa çatdıqdan sonra evə buraxılıb. Həmin şəxslərin iki dəfə koronavirusla bağlı testdən keçirildiyi bildirilir.

Aprelin 6-da gecə saatlarında isə karantində saxlanılan şəxslərin bir qrupu etiraz ediblər. Onlar karantin müddəti başa çatdığını- 14 gün tamam olduğunu əsas gətirərək evə buraxılmalarını tələb ediblər. Lakin onlara karantin müddətinin bir neçə gün davam edəcəyini deyiblər.

Narazı şəxslərdən bəziləri etiraz olaraq binanın pəncərələrindən əşyaları həyətə atıblar. Hadisəyə polis əməkdaşları müdaxilə edib və onları sakitləşdirib.

Karantində olanlar arasında araşdırmaçı-yazar, "Çapar" dərgisinin baş redaktoru Dilqəm Əhməd də var.

Türkiyədən qayıtdıqdan sonra karantinə alınan və orada olduğu müddətdə hadisələrə şahidlik edən Dilqəm Əhməd baş verənlər haqqında öz feysbuk hesabında məlumat paylaşıb.

Dilqəm Əhməd yazır ki, karantində olan bir qrup vətəndaşın aqressiyası, evə tez getmək arzusu onlara 5-6 saat həyəcan yaşadıb.

"Onlar içməli 5 litrlik su dolu qabları, stulları, boşqabları aşağı atdı. Az qala bir uşağın başına düşmüşdü. Halbuki həmin həyəti yarım aydır canla-başla xidmət edən xadimələr təmizləyəcək. Onların gündəlik gülən üzü, qayğısı qarşısında biabırçılıq idi.

İngiltərə Baş nazirini belə yatağa sərən bu virus qarşısında karantin tədbirləri alınması ən normal hadisədir və onun müddətini, evə yola salınma qaydalarını hər halda vətəndaş müəyyənləşdirmir. Nə dövlətə, nə də vətəndaşa burada artıq qalmaq sərfəlidir. Prosedur qaydasına uyğun buraxılacaq hamı.

Kənd ərazisi böyük olduğu üçün onsuz da növbəli şəkildə polis və əsgər tərəfindən qorunur. Əmin olun ki, nəzarət olmasa, xaos yaranar. Törədiləsi hər hansı yanğın hadisəsinə görə (bu potensialda vətəndaşlar var) yanğınsöndürən maşının hadisə yerində olması normaldır.

İnsanların müxtəlif səbəblərdən evə getmək istəməsi normaldır, amma belə günlərdə fərdi yox, ümumi yanaşma sərgilənməsi daha təbiidir.

Allah hamıya səbir versin",- deyə Dilqəm Əhməd yazıb. (Musavat.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar