Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksey Navalnıy: “Ordusu və nüvə silahı olan bu qəddar dəli necə dayandırılacaq?”

“Biz hamımız əsas suala cavab tapmalıyıq: orduya, nüvə silahına sahib olan və BMT təhlükəszilik Şurasında at oynadan bu qəddar dəlini necə dayandırmaq olar?”.

PİA.az xəbər verir ki, Rusiyanın tanınmış müxalif siyasətçisi, hazırda Vladimir vilayətinin Pokrov şəhərində cəzaçəkmə düşərgəsində cəza çəkən Aleksey Navalnıy “Taym” jurnalında dünyanın ən güçlü insanları siyahısına düşən Rusiya prezidenti Vladimir Putin haqqında məqalə yazıb.

ABŞ-ın nüfuzlu “Taym” jurnalı 2022-ci ilin dünyanın ən çox təsir gücünə malik olan nüfuzlu 100 insanın siyahısını dərc edib. Ənənəyə uyğun olaraq reytinq cədvəli bir neçə katoqoriyaya bölünüb. “Liderlər” siyahısında ABŞ və Çin liderləri Co Bayden və Si Tsinpinlə yanaşı Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Vladimir Zelenski də yer alıb. Putin haqqındakı məqaləni hazırda həbsdə olan Rusiya müxalifətinin lideri Aleksey Navalnıy yazıb. Həmin məqləni təqdim edirik.

Bəlkə də Putinin əsl missiyası dünya liderlərindən tutmuş, dünya ekspertlətinə və adi insanlara qədər hər kəsə dərs verməkdən ibarətdir. 2022-ci il isə bunun üçün çox bariz nümunə oldu.

Putin bu il bir daha hər kəsə xatırlatdı ki, “seçkiləri bir qədər saxtalaşdırmaqla” başlayan yol həmişə diktaturayla qurtarır və diktatura həmişə müharibəyə aparıb çıxarır. Bunu gərək heç vaxt yaddan çıxarmayaydıq, elə deyilmi?

Dünya liderləri illərdir ikiüzlüklə “praqmatik mövqedən” beynəlxalq ticarətin faydalarından danışırdılar. İndi isə müharibənin qiyməti də ortadadır: Ukraynaya hərbi və iqtisadi yardım, qaçqınlar, sanksiyalar qaz və neft ticarətindən gələn faydadan yüz dəfələlə bahalıya başa gələcək. Halbuki o ticarət sazişlərini imzalayarkən məmnuniyyətlə şampan içirdilər.

Putin bizə bir daha “ördək haqqında qanunu” xatırlatdı: Əgər biri ördək kimi yeriyirsə, ördək kimi qaqqıldayırsa, demək o, elə ördəkdir.

Putində olduğu kimi: Mətbuatı məhv elədisə, siyasi qətlləri təşkil etdisə və imperiya illuziyalarında yaşayırsa, demək ki, o, 21-ci əsrdə Avropanın mərkəzində qanlı qətliam törədəcək dəlifir. Ona görə də onunla beynəlxalq forumlarda qucaqlaşmaq lazım deyil.

Hazırda isə Putin dünyaya 20 illik iqtisadi inkişafı sıfırlamaq haqda dərs keçir.

Ancaq indi biz hamımız əsas suala cavab tapmalıyıq: orduya, nüvə silahına sahib olan və BMT təhlükəszilik Şurasında at oynadan bu qəddar dəlini necə dayandırmaq olar?

Mənbə: Meduza

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar