Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksey Navalnıdan növbəti ifşa videosu

Rusiyanın Putinpərəst teleaparıcısı Böyük Britaniya vətəndaşı çıxdı

Rusiyanın məşhur teleaparıcısı, “Vesti v subbotu” proqramının rəhbəri, Ümumdövlət televiziya və radio verilişləri şirkətinin (VQTRK) baş direktorunun xüsusi layihələr üzrə müavini Sergey Brilyov əslində Böyük Britaniya vətəndaşı imiş.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı rusiyalı müxalifətçi, Putin rejimi ilə bağlı qalmaqallı faktları ictimaiyyətə çatdıran Aleksey Navalnı “youtube” kanalında xüsusi videosüjet yayıb. Sergey Brilyovun Londonda 1 milyon dollara ev aldığı da aşkara çıxıb.

Aleksey Navalnı və onun rəhbərlik etdiyi Korrupsiya ilə mübarizə fondu Brilyov və onun həyat yoldaşı İrinanın Londonun Nottonq-Hill rayonunda seçici olaraq qeydiyyatdan keçdikləri məlum olduğunu bildirib.

Britaniya qanunlarına görə isə bu siyahıya sadəcə Böyük Britaniya vətəndaşları və ya orada daimi əsasla qalan, lakin Rusiya vətəndaşı olmayan şəxslər salına bilər.

Həmçinin fondun araşdırması sayəsində İrina Brilyovanın Londonun elitar Çizik rayonunda çoxmərtəbəli evin menecerlərindən biri olduğu bilinib. Yuxarıdıa bəhs edilən 1 milyon dollarlıq mənzil də həmin evdədir.

Maraqlıdır ki, nə Sergey Brilyov, nə də İrina Brilyova belə bir bahalı mənzili ala biləcək bizneslə məşğul deyillər. Rusiyalı müxalifətçinin fikrincə, həmin məbləğ Brilyova “Rossiya” telekanalında Putin rejimini effektli şəkildə təbliğ etdiyi üçün bəxş olunub.

Aleksey Navalnı Sergey Brilyovu Putinin ən böyük təbliğatçılarından biri sayır. Onun aparıcılıq etdiyi xəbər proqramlarında Rusiya hakimiyyəti ilə bağlı heç bir neqativ infomasiyaya yer verilmir. Süjetdə göstərildiyi kimi Rusiyada pensiya islahatlarına qarşı etirazlar, İnquşetiyadakı hadisələr (Çeçenistana torpaq verilməsi ilə bağlı-red.), Rusiya Baş Kəşfiyyat İdarəsi əməkdaşlarının dünyada ifşası, ata və qız Skripalların zəhərlnməsi,..heç bir məlumat Brilyovun proqramlarında yer tapmayıb.

Məsələn, bütün dünya Sergey Skripalı zəhərləyən “Petrov və “Bəşirov” uydurma soyadları ilə rusyalı kəşfiyyaçtılarından danışarkən Sergey Brilyov öz verilşində başqa “sensasiya” barədə xəbər verib: Sən demə, Böyük Britaniya krallığının yeni gəlini Meqan Markl avtomobilindən düşdükdə qapını özü örtübmüş.

Qeyd etmək lazımdır ki, “Vesti v subbotu” proqramından əlavə Sergey Brilyov Rusiya Təhlükəsizlik və Müdafiə Şurasının işində də iştirak edir.

Navalnının istehzayla iqtidara verdiyi sual da elə budur: “Böyük Britaniya vətəndaşının bu cür böyük vəzifələrdə nə işi var?

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar