Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksandr Samarski: “ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməz”

Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu yenidən fəallaşıb. Bir neçə gün öncə həmsədrlər bəyanatla çıxış ediblər.

Lakin Caliber.Az-ın müsahibi, tanınmış ukraynalı diplomat, Kiyevdəki Rusiya Araşdırma Mərkəzinin sədr müavini, Ukraynanın İrandakı keçmiş səfiri (2010-2014) və Qarabağdakı ATƏT missiyasının Ukrayna üzrə nümayəndəsi (1997-1998, 2004-2006) olmuş Aleksandr Samarski hesab edir ki, hazırki şəraitdə ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməz.

“Minsk Qrupunun hazırki fəaliyyətində müəyyən ziddiyyətlər, hətta absurd səviyyəsində olan məqamlar var. Ancaq bu heç də təəccüblü deyil. Hər şeydən əvvəl, ATƏT-in Minsk Qrupu öz mandatı çərçivəsində hərəkət etmək məcburiyyətindədir, yəni ona həvalə edilmiş olduqca aydın və dəqiq vəzifələr var. Halbuki mandat təxminən 30 il əvvəl, 1995-ci ildə təsdiqlənib. Bu müddət ərzində vəziyyət ciddi şəkildə, hətta mən deyərdim ki, kökündən dəyişib.

ATƏT-in Minsk Qrupuna həvalə olunmuş ən çətin vəzifələr artıq yerinə yetirilib. Bunun ATƏT-in səyləri sayəsində və ya onun iştirakı olmadan baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Ancaq mandat dəyişməz olaraq qalıb. Ona görə də aydındır ki, həmsədrlərin indiki fəaliyyəti yeni reallıqları prinsipcə əks etdirə bilməz. Bununla yanaşı, ötən müddət ərzində ATƏT-in Minsk Qrupunun rəhbərliyinin dəyişməz olaraq qalması və onların köhnə mandat çərçivəsində fəaliyyət göstərməyə alışmasını da qeyd etmək lazımdır”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, həmsədrlər institutunun fəaliyyətində irəliləyişlərə nail olmaq üçün onun tərkibinin yenilənməsinə ehtiyac var.

ATƏT-in Minsk Qrupunun işində daha çox effektivliyə nail olmaq istəyirsinizsə, onun mandatını dəyişdirin. Onun əvəzinə, məsələn, fəaliyyətini bölgənin münaqişədən sonrakı bərpasına yönəldəcək yeni bir tam hüquqlu ATƏT missiyasının qurulmasına çalışın. Əslində, mövcud vəziyyəti nəzərə alsaq, İrəvanın əksinə olaraq, Bakının ATƏT-in Minsk qrupuna ehtiyac duymadığını görürük.

Ümumiyyətlə isə məsələlərinizi həll edərkən ATƏT-ə xüsusi ümid bəsləməyə dəyməz. ATƏT problemin həllində bir şəkildə kömək edə bilər, ancaq heç bir şəkildə təkbaşına həll edə bilməz. ATƏT heç vaxt münaqişələrin həlli və ya münaqişədən sonrakı reabilitasiya üçün əsas vasitə olmayıb və olmayacaq. Bu alət yalnız əlavədir, ikincidir. Olması yaxşıdır, vəssəlam. ATƏT-ə xüsusi ümid bağlamağa ehtiyac yoxdur”,- deyə A.Samarski vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar